Bazar , Sentyabr 22 2019
Ana səhifə / Azərbaycanda qadağan olunmuş kanalın intim görüntülərlə yadda qalan “Fi”si – FOTOLAR

Azərbaycanda qadağan olunmuş kanalın intim görüntülərlə yadda qalan “Fi”si – FOTOLAR

Online yayımlanan “Fi” serialı ilk gündən aktyor heyəti və mövzusu ilə diqqət çəkib. Ekran işi iki gəncin eşq həyatından, münasibətlərindəki problemlərə baxmayaraq birlikdə irəliləmək cəhdlərindən bəhs edir.

Baş rollarını Özge Özpirinçci, Ozan Güvən, Serenay Sarıkaya, Mehmet Günsür, Berrak Tüzünataçın paylaşdığı Fi-nin prodüserliyini Ay Yapım, rejissorluğunu Mert Baykal boynuna götürüb. İlk üç bölümü martın 31-i yayımlanan serialın mövzusu Azra Kohen adlı yazarın “Fi, Çi və Pi” adlı əsərindən götürülüb və əsəri ssenariyə Nükhet Bıçakçı uyğunlaşdırıb.

“Fİ” – məşhur psixoloq, tək xəyalı rəqs olan gənc qız

Can Manay (Ozan Güvən) ölkənin tanınmış psixiatr və eyni zamanda ən çox izlənilən televiziya proqramının aparıcısıdır. Normal bir həyatı olan Can Manay Duru ilə tanış olandan sonra ona qarşı qarşılıqsız sevgi bəsləyir. Beləliklə, Durunun həyatını uzaqdan izləməyə başlayır.

Duru (Serenay Sarıkaya) konservatoriyada tələbədir və tək xəyali rəqs etmək, səhnədə olmaqdır. Serialın digər baş rol aktyoru Dəniz ilə sevgilidir.

Dəniz (Mehmet Günsür) universitet müəllimi və rəqs nümayişləri hazırlayan bir bəstəkardır. Aşiq olduğu qadın Duru ilə birlikdə yaşamaqdadır.

Özge Egeli (Berrak Tüzünataç) Can Manay ilə əlaqədar gerçəkləri ortaya çıxartmağa çalışan bir jurnalist, eyni zamanda inadkar və güclü bir qadındır.

Can Manayın gerçəklərini ortaya çıxarma istəyi köməkçisi olduğu jurnalistin keçirdiyi qəzadan sonra yaranar.

İntim səhnələri ilə gündəmdən düşməyən “Fi”

Yayımlanmamışdan öncə serial gündəmə intim görüntüləri ilə damğa vurub. İlk olaraq Serenay Sarıkaya ilə Mehmet Günsürün səmimi fotoları sosial şəbəkədə yayımlandı və müzakirələrə səbəb oldu. Serialın ikinci bölümü isə Ozan Güvən ilə serialda Sıla xarakterini canlandıran Özge Özpirinçcinin sevişmə səhnəsi ilə yadda qaldı. Özge Özpirinçci serialda yalnız 5 bölüm qonaq olacaq.

“Fi”nin növbəti bölümü nə zaman yayımlanacaq?

Aktyor heyəti və intim səhnələri ilə gündəmdən düşməyən serial 1 həftə ərzində 5 milyona yaxın insan tərəfindən izlənilib. Ekran işinin 4-cü bölümü aprelin 14-ü “Puhu TV”də yayımlanacaq.

Qeyd edək ki, online telekanal olan “Puhu TV”-nin yayımı Azərbaycanda qadağandır. (Musavat.com)

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Nazirliyin …

Bir cavab yazın