Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / İcra başçısının qaynı olan keçmiş polis işçisi özünü asdı

İcra başçısının qaynı olan keçmiş polis işçisi özünü asdı

Paytaxtın Sulutəpə qəsəbəsində intihar hadisəsi baş verib.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, M.Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

Qeyd edək ki, M.Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın