Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Azərbaycana xəyanət edən məşhur erməni öldü – Təcili

Azərbaycana xəyanət edən məşhur erməni öldü – Təcili

Ermənistanın məşhur politoloqu Levon Melik Şahnazaryan vəfat edib.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.

 

Mətbuatın məlumatına görə, Şahnazaryan uzun sürən xəstəlikdən sonra ölüb.

 

Qeyd edək ki, Levon Melik Şahnazaryan 1958-ci ildə Gəncədə anadan olub. O, Qarabağ müharibəsi dövründə erməni separatçıları içərisində ən fəallardan hesab edilirdi. Belə ki Şahnazaryan 1988-ci ildə məşhur “Miatsum” (Mənası “birləşmə” deməkdir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tuturdu. Rəhbəri Robert Köçəryan idi – red.) hərəkatı rəhbərinin müavini vəzifəsini tutmuşdu. Bundan başqa, politoloq 1988-ci ildə Gəncə ermənilərinin Azərbaycana qarşı fəaliyyətinə də rəhbərlik etmişdi.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın