Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin Şırnak əyalətini “muxtar bölgə” elan edən üç nəfər tutuldu

Türkiyənin Şırnak əyalətini “muxtar bölgə” elan edən üç nəfər tutuldu

Türkiyənin Şırnak əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticsində 3 nəfər həbs edilib.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, 10 ünvanda, o cümlədən Türkiyədə yaşayan kürdlərin təmsilçisi kimi çıxış edən Demokratik Bölgələr Partiyasının əyalət sədri və yerli bələdiyyə sədrinin yaşadıqları evlərdə əməliyyat-axtarış tədbiri həyata keçirilib. Şırnak bələdiyyəsi Məclisinin üzvü Kamil Külter, DBP rəhbərlərindən Salih Ürək və Leyla İşlək həbs edilib.

Şırnak bələdiyyəsinin sədri Sərhat Kadırhan, bələdiyyə həmsədri Eylem Onuk, bələdiyyə sədrinin müavini Murat Kabul, DBP-nin yerli sədri Salih Gülənc, onun müavini Zozan Anık, DBP Şırnak əyalətinin rayon sədri Ramazan Oğur isə evlərində tapılmayıb.

Qeyd edək ki, ötən gün bu təşkilatın rəhbərləri ölkə konstitusiyasını pozub, ona qarşı çıxaraq, Şırnakı “muxtar bölgə”, oradakı Türkiyə dövlət orqanlarının fəaliyyətini “qanunsuz” elan etmişdilər.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın