Cümə , Aprel 26 2024
Ana səhifə / Aysel: “Sərt reaksiya göstərən müğənninin cavabını verərəm”

Aysel: “Sərt reaksiya göstərən müğənninin cavabını verərəm”

Müğənni Aysel Əlizadə son zamanlar gündəmdə olan müğənni- jurnalist münasibətlərindən danışıb. 
Musavat.com saytına açıqlama verən ifaçı deyib ki,  sənət adamlarının daim təqdimata ehtiyacı var: “Düşünürəm ki, media biz müğənnilərin daim gündəmdə olmağımıza səbəbkar olub. Bunun televiziya, xəbər portalları olmasının fərqi yoxdur. Media olmasa biz olmarıq.  Bizi tamaşaçıya düzgün göstərən, sevdirən onlardır. Bəzən  səhv təqdimat da olur. Əlbəttə, bu bizi sevindirmir.  Hətta məsələ məhkəmədə bitir.  Hər şey çərçivə içərisində olduğu müddətdə media müğənnilərin bir nömrəli dostudur. Dünya ulduzu da olsa müğənninin təqdimata hər zaman ehtiyacı var.  Mediaya  biz müğənnilərin dostudur”.
İfaçı “Sponsor əslində sevgili deməkdir” açıqlamasına həmkarlarının reaksiyasından danışıb:
“Sözügedən fikirlərim barədə suallar hələ də verilir. Mən həqiqəti demişəm. Bu gün sponsor olmaq istəyən şəxsin fikri həm də sevgili olmaqdır. Müğənnilər də bunu gözəl bilir. Ona görə heç kim mənə  sərt reaksiya göstərə bilməz. Reallıq budur. Sərt reaksiya göstərənə də tutarlı cavabını verərəm”.
 



Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın