Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / 10 ayda kredit qoyuluşu 6 milyard azalıb

10 ayda kredit qoyuluşu 6 milyard azalıb

İlk devalvasiyadan ötən 18 ay ərzində kreditlərin həcmi 3 milyard manata (17%) yaxın azalıb.

Mərkəzi Bank bu ilin 10 ayı üzrə statistik göstəriciləri açıqlayıb.

Bu ilin ilk 10 ayı ərzində ölkədə 15 milyard 820 milyon manatlıq kredit qoyuluşu olub. Bunun 719 milyon manata yaxınını manat, 531 milyon manata qədərini dollar təşkil edib.

Ötən il isə qoyulan keditin məbləği 22 milyarda yaxın olub. 2015-ci illə müqayisədə, bu ilin sonuna doğru kredit qoyuluşunda fərqin 5-6 milyard civarında olacağı ehtimal edilir.

Bölgələr üzrə ən çox kredit Bakıya verilib

Rəqəmlərin təhlilindən görünür ki, 2016-cı ilin ilk 10 ayı ərzində kredit qoyuluşuna görə, regional iqtisadi bölgələr arasında Bakı yenə də liderlik edir. Ümumi kredit məbləğinin 80 faizdən çoxuı paytaxtın payına düşüb, amma ötən illə müqayisədə Bakıya kredit qoyuluşu 5 milyard manat azalıb.

 

Kreditlərin verilməsinə görə, ikinci yerdə Aran iqtisadi rayon qərarlaşır, bu bölgəyə 609 milyon manatlıq kredit verilib. Amma2015-ci illə müqayisədə Aranın da payı təxminən 300 milyon manat azalıb.

Lənkəran iqtisadi rayonunda kredit qoyuluşu (ötən illə müqayisədə) 328 milyon manatdan 219 milyon manata (33 faiz azalma) enib.

Dağlıq Şirvan iqtisadi bölgəsi 2015-ci ildə 127 milyon manatlıq kredit əldə etmişdisə, bu ilin ilk10 ayı ərzində 93 milyon manat kredit verilməsi qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında da kredit qoyuluşunda ötən illə müqayisədə azalma müşahidə olunub. Ötən illə müqayisədə 30 milyon az kredit alan respublikada bu göstərici 105 milyon manata düşüb.

2015-ci ildə 70 milyonluq kredit alan Yuxarı Qarabağda bu il kredit qoyuluşu 42 milyon manata düşüb.

 

Faiz dərəcəsi Bakıda az, bölgələrdə yüksək olub

Mərkəzi Bankın statistikasının təhlilindən görmək olar ki, iqtisadi regionlar üzrə kreditin faiz dərəcəsi bölgələrə görə fərqli olub. Əgər Bakıda krediti 9 faizlə veriblərsə, regionlarda bu, ən aşağı 13, ən yuxarısı 22.9 faiz olub. Ölkə üzrə orta faiz dərəcəsi 11 götürülüb.

Ancaq ötən illi müqayisədə bu il faiz dərəcələri aşağı salınıb. 2015-ci ildə ölkə üzrə kreditlərə tətbiq edilən faiz dərəcəsi 13 olub. Ötən il Bakıda 11, Lənkəranda 23 faizlə kredit verilib. (Azadliq.org)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın