Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Cin çıxarma” xəstəxanası fəaliyyətə başladı…

“Cin çıxarma” xəstəxanası fəaliyyətə başladı…

İslam dinində insanın bədəninə cinin girməsi və çıxarılması anlamı var və qəbul olunur. Yəqin internetdə cin çıxarma videolarına baxmamış olmazsınız. Cin çıxaranlar fərdi şəkildə tanışlıqla fəaliyyət göstərirlər. Ancaq Türkiyədə rəsmən olaraq cin çıxarma xəstəxanası fəaliyyətə başlayıb.

Bu barədə “Haberler.com” saytının əməkdaşları reportaj hazırlayıblar. Müştərilərini sosial media üzərindən əlaqə cəlb edən mərkəzə getmək istəyənlər əvvəl telefonla yoxlanılır, sonra görüş verilərək mərkəzə çağırılır. Ön baxım ödənişi mərkəzə getsəniz 100 manat(təxminən 200 lirə), telefonda cadu baxımı keçərsə 200(400 lirə) manat və çətinlik varsa seans ödənişi 400(800 lirə) manatdır. Bir seansda kafi həll toplanmayıbsa hər seans eyni ödəniş qarşılığında təkrarlanır. Skelet sisteminizdə bir problem varsa onurğa düzəltmə 350 manatdır. Ancaq xəstələrə qiymət mövzusunda köməkçi olacaqlarını da facebook səhifələrindən söyləyirlər. Yeni açıldığı üçün hələ kredit kartı keçmir, nağd çalışırlar. Mərkəzə daxil olarkən sizi geniş bir gözləmə salonu və bir danışma masası qarşılayır. Hansı narahatlıq üçün getdinizsə danışmadaki adam sizi “mütəxəssis müəllimin” (sertifikatı olduğu ifadə edilən kəslərin) yanına aparır. Beş mərtəbəli binada hər qat ayrı bir narahatlığa ayrılıb və hər “müəllimin” öz xüsusi otağı var. Hazırlanan reportajda deyilir ki, orda olduğumuz vaxt sıxlıq var idi. İki otaqda cin çıxarma müalicəsi edilirdi. Hər iki otaqdan da ayrı-ayrı xəstə qışqırıqları gəlir, xəstə yaxınları isə narahat və maraqlı bir şəkildə qışqırıqların kəsilməsi üçün dua edirdi. Mərkəz həftənin hər günü 09.00-22.00 saatları arasında xidmət göstərir. Mərkəz işçiləri buranın qurulma məqsədini, ehtiyacı olan insanların fırıldaqçılıqla məşğul olanlara getməsinin qarşısını almaq və bu işi saxtakarlar, cahillərin əlinə buraxmamaq olduğunu söyləyir. Mənəvi Mərkəzin qurucusu iş adamı Lütfü Bulud “şeytanlarla mübarizə” üçün belə bir şey etdiklərini deyir:”Kimsənin xəstəsini çalmıyoruz. Bizim sahib olduğumuz xəstələr illərdir ağır dərmanlar istifadə edib sağalmayanlardır. Xəstəxanaya psixoloji müalicə üçün yatırılan və 46-lıq (dəli hesabatı) hesabatının verildiyi mərhələyə gələn kəslərdir. Biz bu nöqtədə araya giririk”. (Moderator.az)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın