Şənbə , Aprel 27 2024
Ana səhifə / “Ailəsinə dəyər verənlərin mahnısıdır” – audio

“Ailəsinə dəyər verənlərin mahnısıdır” – audio

Əməkdar artist Manana və müğənni-bəstəkar Murad Arif duet oxuyub.

Axşam.az-ın məlumatına görə, “Yaşasın sevənlər” adlanan mahnının söz və musiqisi M.Arifə aiddir.

Manana bildirib ki, M.Arifin yazdığı mahnını oxumağı çoxdan istəyirmiş:

“Özünə də dəfələrlə demişdim. Nə xoş ki, məhz bu mahnıyla əməkdaşlığa başladıq. Mahnının ilk versiyasını eşidən kimi, bu nəğməyə vuruldum. İnanıram ki, saf sevgiylə sevənlər bu nəğməni bəyənəcəklər. Mahnını dinləyərkən öz həyat yoldaşıma olan səmimi hisslərimi xatırlayıram. Murad da bu nəğməni oxşar hisslərlə yazıb. Məncə, bu təsadüf deyil. “Yaşasın sevənlər” daha təcrübəli, daha inamlı, ailəsinə dəyər verənlərin mahnısıdır”.

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın