Ana səhifə / Siyasət / İbrahimovların “son qalası” da “yıxılır”… – Forumun təxirə düşməsinin gerçək nədəni…

İbrahimovların “son qalası” da “yıxılır”… – Forumun təxirə düşməsinin gerçək nədəni…

Dia.az: – Oktyabrın 28-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının Forumu təxirə düşüb.

Qeyd edək ki, dünən həmçinin Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti forumun təxirə salınmasını təsdiqləyən məlumat yayıb. Məlumatda deyilir: Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb.

Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Qeyd edilənlərlə əlaqədar, Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I

Forumunun daha münasib bir vaxtda keçirilməsini məqsədəuyğun hesab edib.

Forumun tarixi barədə əlavə məlumat veriləcək.

Dia.az-a daxil olan məlumatda isə deyilir ki, forumun təxirə salınması heç də göstəriləb rəsmi səbəblərlə bağlı deyil. Bu barədə danışan bilgili qaynaq iddia edir ki, yaxın günlərdə Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri postunda dəyişiklik gözlənilir deyə, belə bir ertələmə qərarı verilib.

Mənbə dia.az-a açıqlamasında bildirib ki, Nazim İbrahimov görəvdən alınacaq və ola bilsin ki, forum bu ilin 31 dekabr tarixi ərəfəsi yeni rəhbərliklə baş tutsun.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın