Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Ağdamın köçkün qəsəbəsində 3 partlayış: xəsarət alanlar var

Ağdamın köçkün qəsəbəsində 3 partlayış: xəsarət alanlar var

Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 3 evdə partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisələr Səfərli qəsəbəsində qeydə alınıb.

Üç evdə eyni anda baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Xəsarət alanlar var. Yanıq xəsarəti alan şəxslər Ağdam Rayon Mərkəz Xəstəxanasına çatdırılıblar.

Partlayış nəticəsində yaxınlıqda olan evlərə də ziyan dəyib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın