Ana səhifə / Siyasət / “Nardaran hadisəsi dövlətə qarşı güllə atmaqdır”

“Nardaran hadisəsi dövlətə qarşı güllə atmaqdır”

Millət vəkili Zahid Oruc bu gün Nardaranda baş verən qanlı olaya münasibət bildirib. 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Z. Oruc bildirib ki, Tale Bağırzadənin ətrafında xeyli müddət idi ki, sosial şəbəkədə bir qəhrəmanlıq obrazları yaradılırdı: “Onun simasında hətta bir sıra siyasi qüvvələr də yeni lideri görürdülər və dini-siyasi narazı qüvvələrin bu şəxslərin timsalında bir araya gəlib hakimiyyətə güc göstərə biləcəklərindən yazırdılar. Həmçinin açıq hiss olunan bu idi ki, proses eyni zamanda ölkəmizdə dövlətçilik, ədalət, müxtəlif hökumət strukturlarındakı dəyişiklik prosesi ilə sinxron gedir. Yəni ötən illər bu sferada elə bir-biri ilə qaynayıb qarışma baş verib ki, hiss olunurdu ki, dövlətin zərərsizləşdirdiyi qüvvələr indi müxtəlif şəxslərin, ayrı-ayrı qrupların çevrəsində hərəkətə gəlməkdədirlər.

Özlərini bu zərbənin hədəfindən qorumaq üçün dairələrin mübarizəsinə daha iri ton verirlər. Aşura günündən sonrakı məlum proseslər, Sabunçuda məlum həbslərin həyata keçirilməsi, Gəncədə də yaşananlar sübut edir ki, məsələ dini müstəvidə kimlərinsə etiqad məsələsi deyil. Bu açıq şəkildə həm təhlükəsizlik nazirliyi çevrəsində müxtəlif qüvvələrin aldığı zərbələrdir, həm də illərdən bəri bu vasitə ilə Azərbaycan dövlətini zəiflətmək istəyən qüvvələrin deşifrə olduqlarından sanki bir itaətsizlik vuruşmaları var. Elə bilin ki, onların üsyanı gedir. Orada üç polisin həlak olması sırf dövlətə qarşı güllə atmaqdır. Bunu heç bir halda qəbul etmək olmaz. Lokal bir ərazidə Azərbaycanın konstitusion prinsiplərini və qanunu kənara qoyaraq, özlərinin islam təriqətini , məzhəb qanunlarını, şəriət normalarını bərqərar etmək yolverilməzdir.

Azərbaycanın bütün ərazilərində qanunlar işləməlidir. Hansısa kənddə,qəsəbədə bunu yasaq etmək və başqa bayraqları qaldırıb onu ölkənin üçrəngli bayrağına bərabər tutmaq və yaxud da ondan yüksəyə uclatmaq olmaz. Bunu vətəndaşlarımız da pisləməlidir. Heç bir siyasi qüvvə həmin dindar şəbəkələrin üzərindən dövlətlə savaşını aparmamalıdır. Bu həmin kəsimə də aiddir, keçmiş MTN-çilərə də yönəlməlidir. Hamımız qəbul etməliyik ki, bu ölkədə sabitlik, sağçının, solçunun, ateistin, inancli insanların da faydasınadır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın