Ana səhifə / Aktual / ADİL ƏLİYEVƏ SƏRT İTTİHAM , YOXSA, ” QAYNAR QAZANA” CAVAB? (VİDEO)

ADİL ƏLİYEVƏ SƏRT İTTİHAM , YOXSA, ” QAYNAR QAZANA” CAVAB? (VİDEO)

Bu gün səhər açılan kimi telefonlarıma edilən qəfil zənglər məni diksindirdi. Zəng edənlərin çoxu şərurlularıydı. Yaxından tanıdığım, böyük imkan sahibi olan bu həmyerlilərimin məni hər zaman axtaran deyillər. Bir-birinin ardınca ünvanlanan suallara təəccübləndim. Hamısı bir ağızdan soruşurdu: “Adil müəllimdən niyə elə yazıbsan?” Yəqin bildiniz ki, imkanlı şərurlular hansı Adilə görə belə narahat olublar? Söhbət millət vəkili Adil Aliyevdən gedir.
Bir faktı xatırladım ki, barəsində söhbət gedən millət vəkili Adil Əliyevlə mən eyni rayondan olmaqla yanaşı, həm də qonşu kəndlərdənik.
O, Maxtalı, mən isə Axamədliyəm. Bizim kəndlərimiz bir sovetliyə baxıb, eyni sovxozda birləşirdik. Xeyrimiz-şərimiz bir olub. Ancaq aramızda olan yaş fərqinə görə, Adil bəylə heç vaxt yaxından ünsiyyətim olmayıb. Özü də təsdiq edə bilər ki, onunla yanız qiyabi tanışlığımız var. Bilirəm ki, Adil müəllim mediadan qaçan adam da deyil. Heç mən də passiv jurnalist olmamışam. Amma taleh belə gətirib ki, yaxından ünsiyyətimiz yaranmayıb. Hətta bir müddət əvvəl, Adil Əliyevdən tənqidi yazılar yazanda, onun mətbuat işlərinə baxan, şərurlu olduğu deyilən Elnur Elturk də bir neçə təəccüblə məndən soruşdu: “Sənin həqiqətən müəllimlə tanışlığı n yoxdur?”
Bunları təsadüfən xatırlatmıram. Qoy,kimsə Adil müəllimin müdafiəçisi qismində çıxış etməyimə dair fikirə düşməsin. Bunu etmək üçün Adil müəllimin çoxlu sayda jurnalist dostları var.
Səhərki narahatçılığın dərəcəsini nəzrə aldıqdan sonra məndə söhbətin hansı yazıdan getdiyinə dair maraq yarandı.
Araşdırdıqdan sonra məlum oldu ki, sən demə, bu gün yazılan yazı başqa bir şərurlunun baş redaktoru olduğu saytda gedib. Oxumağa vaxtım yox idi. Azərbaycan reallıqlarına görə, o tip yazıların qısaömürlü olduğunu nəzrə alıb, yazını kopyalayıb özümdə saxladım. Demə yanılmamışam. Çünki axşam həmin yazını öz kopyaladığımdan başqa heç yerdə tapa bilmədim. Oxudum. Bir jurnalistin çətin sübut edə biləcəyi ittihamlarla dolu bir yazı idi. Məqalədə xüsusilə diqqətimi çəkən bir məqam oldu. Adil müəllimin keçdiyi həyat yoluna dair xronologiyada qeyd edilirdi ki, onun “vor zakon” olmaq arzusu reallaşmadığı üçün, polis olub. Gülməlidir. Ondan əvvəl isə, Adil Əliyevin harda hərbi xidmətdə olduğuna dair informasiya təqdim olunurdu.
Qeyd etmək istəyirəm ki, cinayət aləminin qanunlarına görə, əskərlikdə olan kimsə ömründə “vor zakon” titulunu daşıya bilməz. Yazıdan isə “Vor zakon” deyil, yanmış qazan iyi gəlirdi…

P.S. Adil Əliyevin jurnalist Əvəz Zeynallının layihəsi olan “Qaynar qazan” verilişini izlədikdən sonra, onun bu sayaq ittihamlara tuş gələ biləcəyini təxmin etmək olardı.

MƏHƏMMƏDƏLİ QƏRİBLİ

Həmçinin oxuyun

“Unibank”ın Tovuz filialının müdirinə RÜŞVƏT İTTİHAMI: – “Alacağım kompensasiyanı ona verməliyəm?”

“Başa düşə bilmirəm ki, Prezidentin Fərmanı əsasında həmin kompensasiya mənə düşür, yoxsa “Unibank”ın Tovuz filialının …

Bir cavab yazın