Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Aslan Şahverdiyevə sərt ittiham – “Deputat sarıdan cəbrayillıların bəxti gətirməyib”

Aslan Şahverdiyevə sərt ittiham – “Deputat sarıdan cəbrayillıların bəxti gətirməyib”

Azinforum.az xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, Cəbrayıl özünümüdafiə taborunun qurucusu Vaqif Əlisoy 120 saylı Cəbrayil-Qubadlı seçki dairəsindən namizədliyini geri götürüb. O bunun səbəbini belə əsaslandırıb:

“Dəyərli dostlar, əziz cəbrayillılar, hörmətli şəhid ailələri , qazl və veteran qardaşlarım 1 noyabr 2015- ci il tarıxdə MM- ə seçkilərlə əlaqədar 120 saylı Cəbrayil- Qubadlı seçki dairəsinin seçıcılərınə müraciət edirəm.
Bildirmək istəyirəm ki, mən də bu seçkilərə qatilmaq istəyirdim.Düşünurdüm ki, qələbə də qazana bilərəm. Çünkü 60 yaşımın 40 ilini bu millətin , bu dövlətin azadliğı və müstəqilliyinə həsr etmişəm , bundan da peşiman deyiləm. Bütün fəaliyyətim Milli Azadlıq hərəkatının iştirakçılları və candan əziz sevdiyim cəbrayilliların gözü qarşısında olub. O qədər şəffaf olub ki, bu gün keçdiyim yolla qürur duyuram. Elə bir hərəkət etməmişəm ki, balalarım və yaxinlarım mən həyatda olmayanda utanc hissi keçirsinlər. Zaman- zaman ən yüksək səviyyədə əleyhimə ( elə indi də ) ittihamlar səslənib və həmin ittihamlar fakt, sübütlarla darmadağın edilib , gələcəkdə də ediləcək. Heç kəsin ağzini da yuma bilmərəm.
Seçkilərin necə keçəcəyini bildiyimdən, Milli Azadlıq hərəkatinda bir yerdə mübarizə apardığım dəyərli qardaşlarım Qurban Məmmədov başda olmaqla digərlərini məsləhətlərini, şəxsımə olan basqiları və daha dəyərli, gənc , enerjili namızədın qarşısını kəsməmək üçün rəsmi ərizə ilə 120 saylı DSK- na müraciət edirək seçkiyə qatılmaqdan imtina etdim.
Dəyırli döstlar, burda səsləndirdiyim fikirlərə görə məni heç kəs iittiham etməsin. 120 saylı dairədən 3 layiqli namizəd var. Sarı Məmmədov, Razım Əmiraslanlı və gənc ancaq kifayət qədər tanınmiş vəkil Adəm Məmmədov. Bunlardan Sarı və Razım bəyi 25 ildir taniyıram. Adəm isə yaxın dostum şəhid Məhərrəm Məmmədovun oğludur. Onların hər biri cəbrayillıları MM-də təmsil etməyə layiq insanlardir.

Ancaq deputat sarıdan hər yerdə olduğu kimi cəbrayillıların bəxti gətirməyib.Artiq 10 ildir Aslan Şahverdiyev o kreslonu ” zəbt edib” . Bir dəfə də cəbrayıllıların və Qarabağlıların problemini qaldırmayib. Bu illər ərzində cəmi 2 dəfə çıxış edib və nədən danışdığı da məlumdur.
Mənim adlarını çəkdiyim hər üç şəxsə böyük hörmətim var və hamıdan xahiş edirəm mənim seçımımə hörmətlə yanaşsın, məni namizəd qardaşlarımla üz-üzə qoymasınlar. Çöx fikirləşəndən sonra seçımım Adəm Məmmədov oldu. Mən məni taniyan dostlarımdan, mənə yaxın olan şəhid ailələrindən, qazi və veteran qardaşlarımdan Adəm Məmmədovu müdafiə etməyə çağırıram. Amma bir seyi də deməliyəm. Sarı , Razım və Adəm bəy bir yerdə oturub son qərar verməlidir. Səslərin parçalanmaması üçün. Elə bilirəm ki, məni düz başa düşdünüz. Hər üç namizədi bağrima basıb uğurlar arzulayiram. Qoy Allah özü sizə kömək olsun”.

VİDADİ

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın