Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Əsəb xəstəsi olan aktrisa: “Murad Dadaşov ağzımı ona görə tutdu ki…” – FOTOLAR

Əsəb xəstəsi olan aktrisa: “Murad Dadaşov ağzımı ona görə tutdu ki…” – FOTOLAR

Ötən gün “Maşın şou”nun canlı efirində təhqirlər səsləndirdiyi üçün aktrisa Pərvin Abıyeva sosial şəbəkə vasitəsi ilə üzr istəyib.

Aktrisa “nevros” xəstəsi olduğunu, şouya qatılmazdan əvvəl psixoloq məsləhəti aldığını açıqlayıb: “Yaşananlara görə hər kəsdən üzr istəyirəm. Mən orda göründüyü kimi həyasız insan deyiləm. Amma məni o həddə çatdırdılar. Mən “nevroz” xəstəsi olduğum üçün bu yarışmaya qatılmazdan öncə psixoloqla danışıb, sakitləşib gəlmişəm. Bu proqramın qayda-qanunları var. Biz müqavilə imzalayıb gəlmişik. Bu qanunlarda ən əsası ailəyə və şəxsiyyətə toxunmaq olmaz”.

Aktrisa Murad Dadaşovun onun ağzını tutmasına bu cür aydınlıq gətirib: “Murad Dadaşov mənə mikrofon uzatdı. Mən danışdığım yerdə Səidə xanım mənim öz doğma qardaşıma dil uzatdığı üçün mən özümdən çıxdım və o həddə çatdım. Çünki heç kim heç kimin ailəsinə dil uzada bilməz, üstəlik canlı efirdə. Və nəzərinizə çatdırım ki, orda nə mən, nə də qarşı tərəf söyüş işlətməmişik. Murad Dadaşovun mənim ağzımı tutması məni sakitləşdirmək və münaqişənin uzanmasın deyə idi. Bir daha üzr istəyirəm, məni o vəziyyətdə gördüyünüz üçün”.

Aktrisa bugünki şounun canlı efirində də üzr istəyəcəyini açıqlayıb.

Qeyd edək ki, ötən gün “Maşın şou”da aktrisa Pərvin Abıyeva və Səidə Sultan arasında ciddi qalmaqal yaşanıb. Sənətçilər canlı efir zamanı bir-birinin ünvanına təhqirli ifadələr səsləndirib. Bu səbəbdən sənətçilərin mikrofonları söndürülüb.

Aparıcı Murad Dadaşov isə aktrisanın daha artıq təhqirlər işlətməməsi üçün ağzını tutub. Olay sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Musavat.com

Həmçinin oxuyun

Əkbər Hacıyev mətbuat katibini işdən çıxardı, ATV-nin əməkdaşına vəzifə verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.Birliyin baş direktoru Əkbər Hacıyevin …

Bir cavab yazın