Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / İqtisadiyyat / Atam Rusiyanın baş oğrusudur – Peskovun qızından şok

Atam Rusiyanın baş oğrusudur – Peskovun qızından şok

Mənim atam Rusiyanın baş oğrusudur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova öz İnstaqram səhifəsində paylaşıb.

“Etiraf zamanı çatıb. Mən – Peskova Yelizaveta Dmitriyeva ölkənin baş oğrusu və milyarderinin, dövlət başçısının mətbuat katibinin qızıyam. Bu ilk mətndir ki, özüm yazıram. Yerdə qalanların hamısı sifarişlidir. Qullar komandası şumlayır, hansı ki, onlara piarım üçün ödənişi sizin pullarınızla edirəm. Mənim qidalanma rasionum üzərinə makadimiya yağı və zəfəranın səpildiyi xərçəngdən, kürü ilə doldurulmuş nərə və devon yengəclərindən ibarətdir. Qısaca desək, sizin cibinizə uyğun olmayan hər şey bura aiddir. Sizin kölə cibiniz mənim 60 karatlıq brilyantlarla bəzədilmiş cibimdir”, – deyə o qeyd edib.

Peskova özünün 13 köləsinin olduğunu, atasının isə ölkənin baş oğrusu olduğunu və ona gəlir əldə etmək sənətinin bütün incəliklərini öyrətdiyini bildirib:

“Bəzi kölələr deyirlər ki, mən sarayda yaşayıram, ona görə də beşmərtəblərin sökülməsi haqqında heç nə deyə bilmərəm. Axı niyə? Mənim sarayım altı mərtəbədən ibarətdir, ona görə də fikir bildirməyim tam əsaslıdır”.

Dmitri Peskov qızının fikirlərinə münasibət bildirməkdən imtina edib. O, sadəcə qızının böyük qadın olduğunu və diskussiyalarda iştirakının azad olduğunu bildirib.

Qeyd edək ki, Yelizaveta Peskova Parisdə oxuyur və yaşayır.

Həmçinin oxuyun

Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə 2019-cu ilin 9 …

Bir cavab yazın