Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Vəkili Bəxtiyar Hacıyevin Prezidentə müraciətini təsdiqlədi

Vəkili Bəxtiyar Hacıyevin Prezidentə müraciətini təsdiqlədi

İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib.
Bu məlumatı Turan-a onun vəkili Rövşanə Rəhimli təsdiqləyib.
Hacıyev Azərbaycan prezidentinə ünvanladığı ərizəsində qeyd edir ki, 2022-ci il dekabrın 9-dan ona qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittihamlarla bağlı həbsdədir.
O, dövlət başçısından onun həbsdən azad olunmasına “kömək etməyi” xahiş edir.
Vəkil  qeyd edib ki, hər bir vətəndaşın  öz hüquqlarının bərpasına köməklik göstərilməsi xahişi ilə dövlət başçısına müraciət etmək hüququ var.
Bəxtiyar Hacıyevlə bağlı vəziyyətdə bu, xüsusilə başa düşüləndir, çünki onun coxsaylı apellyasiya şikayətləri və vəsatətlər vasitəsilə azadlığa çıxmaq cəhdləri nəticəsiz qalıb.
Vəkil Rəhimli, Hacıyevin prezidentə müraciətinin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.
“Biz çox ümid edirik ki, Bəxtiyar Hacıyev nəinki həbsdən azad ediləcək, ümumiyyətlə, onun barəsində qanunsuz cinayət təqibinə son qoyulacaq”, – vəkil vurğulayıb.
Qeyd edək ki, daha əvvəl sosial şəbələrdə B. Hacıyevin Prezidentə müraciətini əks etdirən ərizənin fotosu yayılıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …