Ana səhifə / İqtisadiyyat / Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycana neft çatdırdı

Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycana neft çatdırdı

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və kütləvi anti-Rusiya sanksiyaları fonunda Qazaxıstan nefti Rusiyadan yan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılıb.
Belə ki, “Kaztransoil” belə neft tədarükünün ilk dəfə həyata keçirildiyini açıqlayıb.
“Kaşaqan” yatağından Aktau limanı vasitəsilə Bakı limanına 6,9 min ton neft göndərilib.
 “INPEX North Caspian Sea, Ltd” şirkətinin Qazaxıstandakı filialının direktoru Hiroşi İkedanın sözlərinə görə, sınaq yüklənməsi Transxəzər marşrutu istiqamətində dəmir yolu vasitəsilə Kaşaqan neftinin ixrac marşrutlarının şaxələndirilməsinin mümkünlüyünü göstərib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …