Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bakıda memarlıq abidəsinə müdaxilənin qarşısı alınıb – FOTO

Bakıda memarlıq abidəsinə müdaxilənin qarşısı alınıb – FOTO

Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, aparılan işlər dayandırılıb.

“Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcəkdir.

Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat vermələri xahiş olunur”, – məlumatda vurğulanıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …