Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Bakıda kütləvi dava: bir nəfər bərk döyüldü

Bakıda kütləvi dava: bir nəfər bərk döyüldü

Bakının Sabunçu rayonunda kütləvi dava olub.

Hadisə Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb.

Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.

Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır (APA).

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın