Şənbə , Aprel 27 2024
Ana səhifə / 2018 / İyun (səhifə 48)

Monthly Archives: İyun 2018

Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si ləğv edildi

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin monitorinqini aparıb, 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədəvirtualaz.org-a komitənin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, komitə ümumilikdə 529 balıq gölü müəyyən edib və onlar barəsində məlumat bankı yaradılıb. …

Ətraflı oxu »

Natavanın idmançıyla səmimi görüntüləri

Müğənni Natavan Həbibi ilə idmançı Xəqani Səlimov yeni bir foto-layihəyə imza atıblar.  “Qafqazinfo” xəbər verir ki, hər iki tanınmış şəxs fotoqraf Niko Abbasov və videoqraf Fuad Goldun kamerası qarşısına keçərək müxtəlif obrazlarda poza veriblər. Bildirilib ki, layihənin əsas məqsədi fitnesi işgüzar insanlar arasında dəb halına gətirməkdir.  

Ətraflı oxu »

İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, 50-BE-448 dövlət nömrə nişanlı, “QAZ 2400” markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq ölüb. Faktla bağlı Baş …

Ətraflı oxu »

DİN sürücülərə müraciət etdi:”Avtomobillərinizi kameralar olan yerdə saxlayın”

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib. Bu barədə musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Dərhal başlanan əməliyyat-axtarış …

Ətraflı oxu »

Nazirlikdən XƏBƏRDARLIQ: Bu şəxslər cərimələnəcək – VİDEO

Paytaxtın bəzi ərazilərində tez-tez məişət tullantıları qalıqlarının yandırılmasının şahidi oluruq. Bəzən isə uzun müddət daşınmayan bu tullantılar sakinlər tərəfindən yandırılır. Yanma vaxtı ayrılan zərərli maddələr isə canlı orqanizmlər üçün çox təhlükəlidir. Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb. İslam Mustafayev – Ekoloq: “Zibillər evdən çıxarılan zaman çeşidlənmir. …

Ətraflı oxu »

Beyləqan meri icra başçısının gedəcəyi günü niyə sevinclə gözləyir?

Bakir Balakişiyev Vaqif Abdullayevin işdən çıxarılacağını səbirsizliklə gözlədiyi bildirilir Beyləqandan cumhuriyyət.az–a daxil olan məlumata görə icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunacağı günü həddindən artıq səbirsizliklə gözləyir. Aldığımız məlumata görə şəhər meri ən yaxın ətrafı ilə keçirdiyi məclislərdə Vaqif Abdullayevin yaxın həftələrdə vəzifəsi …

Ətraflı oxu »

“Aqrolizinq”in sədri: “Taxıl biçini gecikir”

“Əlverişsiz hava şəraiti nəticəsində taxıl biçinində gecikmələr yaranıb”. Bunu qurum yanında “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı fermer və sahibkarlarla Yevlaxda keçirilən görüşdə deyib.  “Odur ki, ilk növbədə növbəlilik prinsipinə əməl olunmalıdır. Çətinliyin öhdəsindən gəlmək üçün biz bir-birimizi eşitməli, qarşılıqlı …

Ətraflı oxu »

“Turizm cənnəti”ndə “cəhənnəm əzabı” – GİLEY

Uzun bayram tətilindən sonra rayonlarda dincələn bakılılar ictimai nəqliyyat çatışmazlığı ucbatından evlərinə qayıtmaqda böyük çətinlik çəkiblər. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıdakı avtobus çatışmazlığı problemi Qusar rayon mərkəzindəki avtovağzalda da müşahidə edilib. Bir neçə günlüyə Bakıdan rayona valideynlərinin ziyarətinə gedənlər, geri qayıtmaq üçün faktiki olaraq nəqliyyat vasitəsi tapa bilməyiblər. Sərnişinlər uşaqlar …

Ətraflı oxu »

FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir (FOTO)

Bitki və bitkiçilik materiallarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə üç günlük təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX), Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsinin (DGK) 30 müfəttişini bir araya gətirib. Trend-in məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi təlimin məqsədləri beynəlxalq …

Ətraflı oxu »