Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

İsmayıllıda avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, 50-BE-448 dövlət nömrə nişanlı, “QAZ 2400” markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …