Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Nazirlikdən XƏBƏRDARLIQ: Bu şəxslər cərimələnəcək – VİDEO

Nazirlikdən XƏBƏRDARLIQ: Bu şəxslər cərimələnəcək – VİDEO

Paytaxtın bəzi ərazilərində tez-tez məişət tullantıları qalıqlarının yandırılmasının şahidi oluruq. Bəzən isə uzun müddət daşınmayan bu tullantılar sakinlər tərəfindən yandırılır. Yanma vaxtı ayrılan zərərli maddələr isə canlı orqanizmlər üçün çox təhlükəlidir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

İslam Mustafayev – Ekoloq: “Zibillər evdən çıxarılan zaman çeşidlənmir. Hamısı bir yerə tökülür və yandırılan zaman atmosfere ciddi ziyan verir. Bununla da xəstəliklər yaranır”.

Məişət tullantılarının çeşidlənməsi prosesi bu gün zavodlarda aparılır. Ancaq mütəxəssislər düşünür ki, buna evlərdən başlamaq lazımdır. Yəni, yandırılan zibilin zibilinə düşməmək üçün marifləndirmə işlərinin aparılması çox önəmlidir. İnzibati xətalar məcəlləsinə görə, tullantıların qalıqlanması,tullantıların daşınmamasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 8000 manatdək cərimə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu təkcə cərimə ilə deyil paralel olaraq ictimai qınaqla aparılmasını təklif edir.

İradə İbrahimova – ETSN mətbuat xidmətinin rəhbəri: “Apardığımız statistikaya görə ən çox tullantıların yandırılması ilə bağlı tədbirlər görülüb. Son 2 ayı götürsək, ən çox cərimələr zibillərin yandırılması, daşınması və qalaqlanması üçün olub”.

Yandırılan məişət tullantıları arasında ən təhlükəlisi plastik qablardır. Tullantıların yandırılmaması üçün ilk növbədə onun vaxtında daşınılmasıdır. Bu işdə də rayon icra hakimiyyətlərinin payına böyük iş düşür. Qalaq olunan tullantı yandırılmasa vaxtında təyinatı üzrə daşınsa rahat nəfəs ala bilərik.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …