Bazar ertəsi , May 20 2024
Ana səhifə / 2018 / Mart (səhifə 124)

Monthly Archives: Mart 2018

Türkiyənin nazir müavini Bakıya gələcək

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay Bakıya 3 günlük səfər edəcək. “Report” xəbər verir ki, Şuay Alpayın Azərbaycana səfəri 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turniri ilə bağlıdır. Ş. Alpay Bakıda səfəri zamanı Türkiyəni təmsil edəcək komandanın heyətində futbol yarışına qatılacaq. Qeyd edək ki, Bakıda ilk dəfə olaraq 5 …

Ətraflı oxu »

Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin 36 faizini qadınlar təşkil edir

Bu il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 481 nəfər olub, onların da 36,3 faizini qadınlar təşkil edir. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. Sənəddə qeyd edilib ki, işsizlik müavinəti …

Ətraflı oxu »

“Bu bəlaya tutulanlara münasibət dəyişməlidir…” – Professor

Narkomanların sayı ilə bağlı qeyri-rəsmi statistika son açıqlanan rəsmi statistikadan ən azı 2 dəfə çoxdur. Bu sözləri Teleqraf.com-a professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, real vəziyyəti son statistika ilə təsvir etmək olmaz: “Çünki qeydiyyata düşməyən nə qədər insan var. Bu istiqamətdə tədbirlər görülsə də, narkomaniya ilə bağlı bəzi mübarizə …

Ətraflı oxu »

“8 Mart” ənənəsini bəyənirsinizmi? Kişilər arasında VİDEOSORĞU

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü xüsusi təmtəraqla qeyd edilir. Həmin gün dövlət səviyyəsində qeyri-iş günü elan edilib. 8 Mart qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Ölkəmizdə 8 martın …

Ətraflı oxu »

Xədicə İsmayılın anası Ankarada vəfat edib

“Dəyərli həmkarımız, əziz dostumuz Xədicə İsmayılın anası – gözəl insan Elmira xala bu gecə Ankarada xəstəxanada vəfat etdi”.  Strateq.az xəbər verir ki, bu sözləri jurnalist Şahvələd Çobanoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Xədicə İsmayıl bu ağır günlərdə anasının yanında olmaq istəyib: “Xədicə xanım neçə gün öncə ölkədən çıxışına qanunsuz qadağanın heç …

Ətraflı oxu »

“Qadınların uğuru hər kəsin uğurudur” – BMT baş katibi

“Gender bərabərliyinin əldə olunması, qız və qadınlara səlahiyyətlər verilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan haqları sahəsində ən böyük problemdir”. Bunu BMT baş katibi Antonio Qutyerres 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara müraciətində deyib. Qadın hüquqlarının müdafiəsi sahəsində irəliləyişlər olduğunu qeyd edən A. Qutyerres …

Ətraflı oxu »

Başçının müavini qalmaqallı çətir olayından danışdı: “Çətir tutdurmaqda nə problem var ki?” – FOTO

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması tənqid obyektinə çevrilib. Yayılan məlumata görə Rəcəb Babaşov Xocalı abidəsini ziyarət edərkən yağışdan qorunmaq üçün mühafizəçisinin çətir tutduğu foto əks olunub. Ancaq Azinforum.az saytının apardığı araşdırmadan sonra məlum olub ki, icra başçısına bu …

Ətraflı oxu »

Polis bölməsinə silahlı basqın – Ölən və yaralananlar var

Əfqanıstanın Kandaqar əyalətində, Pakistanla sərhəddə silahlılar polis bölməsinə hücum edib. Azinforum.az  xəbər  verir  ki, “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb. Məlumata əsasən, əvvəcə terrorçu-kamikadze polis bölməsinin qarşısında özünü partladıb. Daha sonra 3 silahlı bölməyə daxil olaraq asayiş keşikçilərinə atəş açıb. Əfqanıstan …

Ətraflı oxu »

İrandan Azərbaycana keçən suriyalı saxlanıldı – Üzərində xəritələr, pul… (FOTOLAR)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. DSX-dən verilən məlumata görə, 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarətsiz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri …

Ətraflı oxu »

“Rəsulzadənin heykəli BDU-nun həyətində yox, ən uca yerdə ucaldılmalıdır”

Azərbaycanın ən qədim universiteti olan Bakı Dövlət Universitetinə böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi məsələsi dəfələrlə ictimaiyyətdə müzakirə olunub. Hazırda universitetin əsas giriş qapısının yaxınlığında Rəsulzadənin büstü qoyulacağı haqqında bildiriş lövhəsi də var. Həmin daş lövhənin üzərində kiril əlifbası ilə “Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının …

Ətraflı oxu »