Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Qadınların uğuru hər kəsin uğurudur” – BMT baş katibi

“Qadınların uğuru hər kəsin uğurudur” – BMT baş katibi

“Gender bərabərliyinin əldə olunması, qız və qadınlara səlahiyyətlər verilməsi dövrümüzün hələ başa çatdırılmamış vəzifəsidir və bu gün dünyada insan haqları sahəsində ən böyük problemdir”.

Bunu BMT baş katibi Antonio Qutyerres 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara müraciətində deyib.
Qadın hüquqlarının müdafiəsi sahəsində irəliləyişlər olduğunu qeyd edən A. Qutyerres bildirib ki, məktəblərdə qızların sayı tarix boyu ən yüksək səviyyəyə çatıb: “Ödənişli işlərdə çalışan, özəl sektorda, elm və təhsil sahəsində, siyasət sahəsində, eləcə də beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəhbər vəzifələr tutan qadınların sayı artıb. Gender bərabərliyi saysız-hesabsız qanunlarda öz əksini tapır. Qadın cinsi orqanlarının zədələnməsi və uşaq nikahları kimi zərərli təcrübələr bir çox ölkələrdə qadağan edilib. Gender bərabərsizliyi və ayrı-seçkilik isə bizim hamımız üçün zərərlidir”.

Baş katib bildirib ki, kişi və qadınlar arasında ayrı-seçkilik, tarixən formalaşmış güc bərabərsizliyinin aradan qaldırılması sahəsində ciddi problemlər qalır: “Dünyada bir milyarddan artıq qadın məişət zəminində cinsi zorakılığa qarşı hüquqi müdafiədən məhrumdur. Dünyada əməyin ödənilməsində cinslərarası fərq 23 faiz təşkil edir. Bu göstərici kənd yerlərində 40 faizə çatır. Bir çox qadınların gördüyü ödənişsiz işlər isə dəyərləndirilmir. Milli parlamentlərdə yerlərin dörddə birindən də azı qadınların payına düşür. İdarə heyətlərində təmsil olunan qadınların xüsusi çəkisi isə daha da azdır. Razılaşdırılmış fəaliyyətlər olmadan qarşıdakı onillik ərzində daha bir neçə milyon qız cinsi orqanların zədələnməsi əməliyyatına məruz qalacaq. Bizə məlumdur ki, hətta gender bərabərliyi sahəsində əldə etdiyi nailiyyətlərlə öyünən ölkələrdə belə iş yerlərində, ictimai məkanlarda və şəxsi evlərdə seksual qısnama və sui-istifadə halları artmaqdadır”.

Baş katib vurğulayıb ki, BMT dünyanın hər yerində üzləşdikləri ədalətsizliklərə qarşı mübarizə aparan bütün qadınların yanındadır: “Dünyanın hər yerində fəaliyyət göstərən sülhməramlı missiyalar heyəti tərəfindən seksual qısnama və sui-istifadə hallarının qarşısını almaq və aradan qaldırmaq, eləcə də zərərçəkmiş şəxsləri dəstəkləmək üçün ölkələrlə yaxından əməkdaşlıq edirik. Qadınların səlahiyyətləndirilməsi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in diqqət mərkəzindədir. Avropa İttifaqı ilə birgə başladığımız “Diqqət mərkəzi” (Spotlight) təşəbbüsü çərçivəsində resurslar gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində ilkin şərt kimi, qız və qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün səfərbər ediləcək”. (AzVision.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …