“Report” xəbər verir ki, Şuay Alpayın Azərbaycana səfəri 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turniri ilə bağlıdır. Ş. Alpay Bakıda səfəri zamanı Türkiyəni təmsil edəcək komandanın heyətində futbol yarışına qatılacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.

Martın 9-11-i arasında baş tutacaq futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.

Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.

Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək.