Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “8 Mart” ənənəsini bəyənirsinizmi? Kişilər arasında VİDEOSORĞU

“8 Mart” ənənəsini bəyənirsinizmi? Kişilər arasında VİDEOSORĞU

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü xüsusi təmtəraqla qeyd edilir. Həmin gün dövlət səviyyəsində qeyri-iş günü elan edilib. 8 Mart qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Ölkəmizdə 8 martın əsas məsuliyyəti qarşı cinsin, yəni kişilərin üzərindədir. Onlar ana, bacı, həyat yoldaşı kimi yaxın ailə üzvlərinə, həmçinin işlədikləri kollektivdəki qadınlara hədiyyə alaraq, zərif cinsi sevindirməyə çalışırlar.

Bəzən sosial şəbəkələrdə bayramın səbəb olduğu maddi yükün ağırlığından şikayət edənlər də olur. Bu baxımdan cəmiyyətdə ikili yanaşma mövcuddur. Bəs görəsən, paytaxt sakinləri olan güclü cinsin nümayəndələri Beynəlxalq Qadınlar Gününün qeyd olunmasını, hazırki 8 Mart ənənəsini qəbul edirlərmi? Onlar bu gün özlərinə doğma olan qadınları necə təbrik edəcəklər?

Musavat.com-un müxbiri bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.

Bir-birindən maraqlı cavabları təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …