Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin 36 faizini qadınlar təşkil edir

Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin 36 faizini qadınlar təşkil edir

Bu il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 481 nəfər olub, onların da 36,3 faizini qadınlar təşkil edir.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, işsizlik müavinəti orta hesabla 291,2 manat olub.

Hesabatda həmçinin vurğulanıb ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,3 min nəfər olub, onlardan 880,1 mini iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1487,4 min nəfər muzdla işləyib.

Xidmətdə işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …