Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Elman Rüstəmovdan gözlənilən – Açıqlama

Elman Rüstəmovdan gözlənilən – Açıqlama

“Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gəlirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu azalma da ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərir”.

Azinforum.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, valyuta bazarı və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil:

“Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Tərəfdaş ölkələrdə devalvasiyanın səviyyəsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz”.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın