Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / “Manatın taleyi yalnız iqtisadiyyatın durumundan asılı olacaq”

“Manatın taleyi yalnız iqtisadiyyatın durumundan asılı olacaq”

Bundan sonra manatın taleyi yalnız Mərkəzi Bankın siyasətindən deyil, daha çox iqtisadiyyatın durumundan asılı olacaq.

Mərkəzi Bank Azərbaycan iqtisadiyyatı üçün yaranmış ən pis iki ssenaridən yaxşısını seçdi. Amma çox təəssüf ki, bir il ərzində qəbul edilən hər iki qərar vaxtında verilmədiyindən daha çox fəsadlar yaratdı. Neftin qiymətlərinin sabit və yuxarı olduğu ötən illərdə qəbul etməli qərarların hər ikisini çıxılmaz şəraitdə qəbul etdi. Çünki, nə ölkənin fiskal və nə də pul-kredit siyasəti nəinki uzun heç orta müddətli proqramlar və proqnozlar əsasında müəyyənləşdirilmir. Qəbul edilən qərarları geicdiyindən təsirsiz olur, çünki hökümətdən əvvəl işgüzar biznes və ayıq istehlakçı öz işini görür. Gecikənlər, xüsusilə də dövlət isə həmişə itirir.
Son qərarın hansı təsirləri ola bilər? Hesab edirəm ki, manatın dollara nəzərən məzənnəsinin taralaşması müddətə və iqtsiadiyyatın vəziyyətinə bağlı olacaq. Bu baxımdan hazırkı kursu başlanğıc hesab etmək olar. Odur ki, məzənnəyə toxunmuram, çünki məzənnənin tarazlığı yenə də Mərkəzi Bankın bundan sonrakı addımlarından asılıdır. Əgər Mərkəzi Bank malik olduğu az miqdarda dollar ehtiyatı ilə valyuta bazarına müdaxiləni davam etdirəcəksə, əvvəlki siyasətin yumşaq varinatına “tənzimlənən üzən məzənnə siyasəti”nə gedəcəksə o halda manatın məzənnəsini nisbi olaraq tənzimləyə biləcək və təbii ki, manat ucuzlaşmaqda davam edəcək. Yox əgər “azad üzən məzənnə siyasəti”nə birbaşa keçid edəcəksə o halda manatın indiki məzənnəsi gələcək məzənnəsi ilə müqayisədə şükrlü olacaq.
Konkret təsirlərə gəlincə, əvvəlcə müsbət tərəfindən başlayaq.

1) Fiskal sektorda yeni şituasiya yaranacaq, büdcəyə neft fondu və neft şirkətlərindən vəsaitlər vaxtında və tam şəkildə transfer ediləcək. Bu isə növbəti ilin büdcəsinin yarısının təminatı deməkdir.
2) Mərkəzi Bankın bundan sonra aparacağı siyasətdən asılı olaraq ehtiyatlarının azalma tempi aşağı düşəcək.
3) Mərkəzi Bankın pul-kredit siyasətinin təsirləri əvvəlki ilə müqayisədə yüksələcək.
4) Dollarla sərbəst yığımı olanlar, manatla öhdəliklərini daha asanlıqla qarşılayacaqlar.
5) İdxala xəcrlər azalacaq, idxalın yerli istehsalla əvəz olunması stimullaşacaq.

Mənfi təsirlərinə gəlincə, onlar əasən sosial vəziyyətlə bağlı olacaq.

1) Qiymətlər, xüsusilə də idxal olunan ərzaq məhsullarının qiyməti bahalaşacaq
2) Qiymətlərin bahalaşmasından qorxuya düşən əhali marketləri boşaldacaq və bəzi məhsullar üzrə qitlıq yaranacaq.
3) Umumi qiymət səviyysəsinin bahalaşması və gəlirlərin dəyərsizləşməsi müqabilində əhalinin güzəranı daha da pisləşəcək.
4) Ölkədə işsizlik artacaq, xaricə miqrasiya güclənəcək.
5) Yoxsulluq çoxalacaq, ailə büdcəsinin əsas hissəsi ərzağa yönələcək, büdcədən insanın inkişafına yönələn xərclərə təhsilə və səhiyyəyə sərmayələr azalacaq.

Hökümət və Mərkəzi Bank nə etməldir?

1) Hökümət manatın dəyərsizləşməsinin təsirlərini neytrallaşdırmaq üçün sosial proqramları genişləndirməldir.
2) İqtisadiyatda reformalar aparmalı, azad biznesi və rəqabəti dəstəkləməlidir.
3) Biznesin çıxış vəziyyəyini yaxşılaşdırmaq üçün ümumi vergi amnitsiyası elan etməldir.

Mərkəzi Bank:

1) Keçid dövrü üçün azad deyil, tənzimlənən üzən məzənnə siyasətinə üstünlük verməldiir.
2) Ölkəyə valyuta daxil olmasını və onun satışını tam liberallaşdırmalıdır.
3) Uçor dərəcəsinə yenidən baxmalıdır, bankarın kapitalının təmərküzləşməsi istiqamətində siyasətini davam etdirməldir.

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …

Bir cavab yazın