Cümə , Aprel 26 2024
Ana səhifə / İdman (səhifə 25)

İdman

Azərbaycan cüdoçuları ilk dəfə Avropa Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları ilk dəfə 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək. Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib. İyirmi bir ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək. Qeyd edək ki, idmançılarımız …

Ətraflı oxu »

Türkiyə Prezidenti “Mançester Siti” klubunu təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasının (ÇL) 2022/2023 mövsümünün final oyununda İtaliyanın “İnter” komandası üzərində qalib gələn İngiltərənin “Mançester Siti” klubunu təbrik edib. Bu barədə Türkiyə lideri tviter hesabında paylaşıb edib: “Sivilizasiyaların beşiyi, Türkiyənin göz bəbəyi İstanbulumuzun ev sahibliyi ilə Atatürk Olimpiya Stadionunda oynayan dünyanın ən böyük idman …

Ətraflı oxu »

“Qarabağ”da daha bir ayrılıq

“Qarabağ”ın akademiya koordinatoru Tacettin Doğan klubdan ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam təmsilçinin mətbuat xidməti məlumat yayıb. Doğanın klubla müqavilə müddəti başa çatıb.  Türkiyəli tanınmış məşqçi Ziya Doğanın qardaşı olan Tacettin Doğan 2019-cu ildən “Qarabağ”da işləyirdi. O, klubda uşaq futboluna əsas cavabdeh şəxs idi.

Ətraflı oxu »

“Qalatasaray”ın prezidenti azərbaycanlı uşağın arzusunu yerinə yetirdi –VİDEO

Bu mövsüm Türkiyə Super Liqasında çempion “Qalatasaray” oldu. Sportinfo.az xəbər verir ki, Azərbaycanda da “Cim-Bom” azarkeşləri çoxdur. 7-dən 77-yə bu kluba fanatlıq edən, “sarı-qırmızılılar”a könül verən milyonlarla fanat var. Onlardan biri də Heydər Əliyev Liseyinin 2-ci sinif şagirdi Ehtimad Nəsiblidir. Bugünlərdə doğum gününü qeyd edən azyaşlı “Cim-Bom” fanatına ən böyük, …

Ətraflı oxu »

Lionel Messi yeni klubunun adını açıqlayıb

Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlayıb. Belə ki, 36 yaşlı hücumçu “Mundo Deportivo” nəşrinə müsahibəsində ABŞ-ın “İnter Mayami” komandasına keçəcəyini bildirib. O, uzun illər formasını geyindiyi İspaniya “Barselona”sına qayıtmayacağını söyləyib. Qeyd edək ki, Lionel Messinin son klubu Fransa PSJ-si olub.

Ətraflı oxu »

Şəhriyar Məmmədyarov məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirib. Belə ki, 38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. VI turda armageddonda Nakamuranın həmyerlisi Uesli Soya uduzan Məmmədyarov yenə eyni aqibətlə üzləşib. O, hazırda 9 xalla 3-cü pillədə qərarlaşıb. 13 …

Ətraflı oxu »

Tanınmış idman jurnalisti intihar edəcəyini bəyan etdi

Tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev yaxın saatlarda intihar edəcəyini anons edib. Jurnalist sosial şəbəkədə paylaşdığı statusda yazır: “Dostlar, tanışlar, əgər kiməsə qarşı qüsurum olubsa – üzr istəyirəm. Haqqınızı halal edin.Bu gün saat 11:00-da intihar edəcəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim …

Ətraflı oxu »

“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi – Video

Bu gün Türkiyə Superliqasında “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib.  “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar” 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qalatasaray” 85 xalla 1-ci, “Fənərbaxça” 77 xalla 2-ci pillədə qərarlaşıb.  https://youtube.com/watch?v=DUEmQMccl_Q

Ətraflı oxu »

Azərbaycanda futbol üzrə 2-ci divizion yaradıldı

“Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib. Belə ki, iclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi ilə bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Ətraflı oxu »

“Qarabağ”ın ulduzları bir-bir sönür: “Bir məqsədi var, çox pul qazanmaq”

“Ramil Şeydayev də, Filip Ozobiç də “Qarabağ”ı azad agent kimi tərk ediblər. Amma onların gedişində fərqli nüanslar var”. Bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru, idman jurnalisti Natiq Muxtarlı deyib. O, Qarabağın 2 əsas oyunçusunun komandadan ayrılmasının pərdəarxası məqamlarına toxunub. N. Muxtarlı əlavə edib ki, F. Ozobiçlə müqaviləni uzatmağa …

Ətraflı oxu »