Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Qarabağ”ın ulduzları bir-bir sönür: “Bir məqsədi var, çox pul qazanmaq”

“Qarabağ”ın ulduzları bir-bir sönür: “Bir məqsədi var, çox pul qazanmaq”

“Ramil Şeydayev də, Filip Ozobiç də “Qarabağ”ı azad agent kimi tərk ediblər. Amma onların gedişində fərqli nüanslar var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru, idman jurnalisti Natiq Muxtarlı deyib.

O, Qarabağın 2 əsas oyunçusunun komandadan ayrılmasının pərdəarxası məqamlarına toxunub.

N. Muxtarlı əlavə edib ki, F. Ozobiçlə müqaviləni uzatmağa “Qarabağ” meyilli olmayıb:

“Ona görə ki Ozobiç artıq yarımmüdafiə xəttindəki rəqabətdə digər futbolçulara uduzurdu. Ötən mövsüm də mütəmadi oynamırdı. Üstəlik, yaşı da çoxdur. Bu amili nəzərə alsaq, “Qarabağ”ın onunla müqaviləni uzatmaq istəməməyi normaldır. Yaşlı futbolçunun yerinə daha gənc oyunçu gətirmək məntiqlidir”.

N. Muxtarlının sözlərinə görə, Ramil Şeydayev məsələsi fərqli situasiyadır:

“Qarabağ” onunla müqaviləni uzatmaq istəyərdi. Amma futbolçu seçimini belə etdi. Şeydayev daha yaxşı qazanc naminə Çempionlar Liqasında yox, Tailand çempionatında oynamağa üstünlük verdi. Bu seçiminə görə də onu qınaya bilmərik. Futbolçu ömrü qısadır və yəqin ki, Şeydayev bir də belə təklif almayacağını düşünərək, bu addımı atıb”.

Jurnalistin fikrincə, azarkeşlərin onların gedişinə etiraz etməsi də normaldır:

“Amma bu ayrılıqların heç birinə görə “Qarabağ”ı qınaya bilmərik. Üstəlik, Avropada kiçik və ortabab klubların bir məqsədi var: bacardıqca çox futbolçu satıb, çox pul qazanmaq. Təki bizim klublar da futbolçu satıb pul qazansınlar, dövlətin əlinə baxmaqdan xilas olsunlar. Amma “Qarabağ” nə Ozobiçin, nə də Şeydayevin gedişindən pul qazanmayıb. Ona görə də “Qarabağ” pulu düşünür” iddiasını əsaslı hesab etmək olmaz”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …