Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Qalatasaray”ın prezidenti azərbaycanlı uşağın arzusunu yerinə yetirdi –VİDEO

“Qalatasaray”ın prezidenti azərbaycanlı uşağın arzusunu yerinə yetirdi –VİDEO

Bu mövsüm Türkiyə Super Liqasında çempion “Qalatasaray” oldu.

Sportinfo.az xəbər verir ki, Azərbaycanda da “Cim-Bom” azarkeşləri çoxdur. 7-dən 77-yə bu kluba fanatlıq edən, “sarı-qırmızılılar”a könül verən milyonlarla fanat var. Onlardan biri də Heydər Əliyev Liseyinin 2-ci sinif şagirdi Ehtimad Nəsiblidir. Bugünlərdə doğum gününü qeyd edən azyaşlı

“Cim-Bom” fanatına ən böyük, gözlənilməz hədiyyə isə “Qalatasaray” prezidenti Dursun Özbekdən gəlib. İstanbul klubunun başqanı Ehtimada Sportinfo.az vasitəsilə öz təbriklərini çatdırıb:”Əzizim, Ehtimad! Doğum gününü qeyd edirsən. Sağlam böyü, Azərbaycanda “Qalatasaray” azarkeşlərinin daha da çoxalmasında yaxından iştirak et, “Cim-Bom”lu olmasına vasitəçilik et. “Qalatasaray”lı olmağınla qürur duy. Təbrik edirəm, doğum günün mübarək olsun, Ehtimadım mənim”. 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …