Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İdman / Türkiyə Prezidenti “Mançester Siti” klubunu təbrik edib

Türkiyə Prezidenti “Mançester Siti” klubunu təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasının (ÇL) 2022/2023 mövsümünün final oyununda İtaliyanın “İnter” komandası üzərində qalib gələn İngiltərənin “Mançester Siti” klubunu təbrik edib.

Bu barədə Türkiyə lideri tviter hesabında paylaşıb edib:

“Sivilizasiyaların beşiyi, Türkiyənin göz bəbəyi İstanbulumuzun ev sahibliyi ilə Atatürk Olimpiya Stadionunda oynayan dünyanın ən böyük idman təşkilatlarından biri olan Çempionlar Liqasının finalında çempionluq qazanan “Mançester Siti” komandasını təbrik edirəm.

Türkiyənin qonaqpərvərliyini bir daha sübut edən və bu böyük tədbiri rahat və uğurlu təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”-deyə, o bildirib.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …