Cümə , Aprel 26 2024
Ana səhifə / 2018 / İyul (səhifə 49)

Monthly Archives: İyul 2018

Hansı ölkə vətəndaşlığı neçəyə satır? – SİYAHI

“Bloomberg” agentliyi vətəndaşlığı satmaqla ölkə iqtisadiyyatına investisiya gətirən ölkələrin reytinqini hazırlayıb. Siyahıya girən 10 dövlətdən 8-i Beynəlxalq Valyuta Fondunun təsnifatı üzrə ofşor zona hesab edilir. Ən bahalı Avstriya vətəndaşlığıdır. Onun alınması üçün 23,75 milyon dollar lazımdır. İkinci yerdə 2,3 milyon dollarla Kipr, üçüncü yerdə isə 1,065 milyon dollarla Malta yerləşir. …

Ətraflı oxu »

Ölkə üzrə istixanaların sayı açıqlanıb

2018-ci il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2907 vahid istixana fəaliyyət göstərib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 4,2 faiz, onların sahəsində isə 6,8 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun …

Ətraflı oxu »

“Qarabağ” yeni hücumçu transfer etdi

“Bursaspor”un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, “Qarabağ” transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız …

Ətraflı oxu »

Adnan Oktarın arxivi ələ keçirildi – Şok görüntülər

Türkiyədə Adnan Oktara qarşı başladılan əməliyyatlar çərçivəsində Ümraniyədə tapılan depodan qruplaşmaya aid rəqəmsal arxiv ələ keçirilib.Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, depodan 2 min 500 ədəd mobil telefon, noutbuk və harddisk tapılıb. Arxivin araşdırılması zamanı qruplaşmanın qadın üzvlərinin cinsi əlaqə zamanı çəkilən görüntüləri ortaya çıxıb. …

Ətraflı oxu »

Ömrü uzadan qidalar: Xərçəngin və kəskin respirator xəstəliklərinin ölüm riskini aşağı salır…

Çin alimləri balıq yeməyin ömrü uzatdığını müəyyən ediblər.  Tədqiqatın nəticələri “Journal of Internal Medicine” jurnalında dərc olunub. Mütəxəssislər 240 729 kişini və 180 580 qadını 16 il ərzində müşahidə ediblər. Könüllülər hər gün az miqdarda olsa da balıq yeyiblər. Məlum olub ki, müntəzəm olaraq balıqdan istifadə edən kişilər, damar xəstəliklərindən …

Ətraflı oxu »

Ermənistan gecə atəşkəsi iriçaplı pulemyotlarla 93 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub. Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Qızılhacılı və Bala Cəfərli …

Ətraflı oxu »

Milli mətbuatımızın 143 yaşı tamam olur

Bu gün Azərbaycan milli mətbuatının yarandığı gündür. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy …

Ətraflı oxu »

Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya verilən birgə məlumata görə, cinayət işi üzrə Cinayət …

Ətraflı oxu »

DTX-nın həbs etdiyi baş redaktorun istəyi reallaşmadı

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən H.Vəliyevin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin …

Ətraflı oxu »

İntihar edən abituriyentin anası özünü öldürdü – Yeniləndi

Sumqayıt şəhərində özünü oğlunun intihar etdiyi yerdə öldürən qadının adı məlum olub. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib. Məlumat üçün bildirək ki, X.Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 …

Ətraflı oxu »