Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / 2018 / İyul (səhifə 20)

Monthly Archives: İyul 2018

Bakıda dava: Taksi sürücüsü transı döydü (VİDEO)

Bakıda transla taksi sürücüsü arasında əlbəyaxa dava olub. Azxeber.com xəbər verir ki, qarşıdurma 20 Yanvar dairəsi ərazisində baş verib. Hadisə yaxınlqıda olan mağazanın təhlükəsizlik kamerasına düşüb. Ətrafda olan insanlar kömək etmək istəsələr də, səyləri nəticəsiz qalıb. Taksi sürücüsü transı döyməyə davam edib.  Hadisənin hansı səbəbdən baş verməsi bəlli deyil. Həmin …

Ətraflı oxu »

Altıağac Milli Parkında yanğın başlayıb

Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsinə dərhal ETSN-nin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Hazırda …

Ətraflı oxu »

Bakı dünya çempionatına ev sahibliyi edəcək

Bakı 2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını qəbul edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi bu qərarı Ficidə keçirilən növbəti iclasında qəbul edib. Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov iclasda iştirak edib.  Azərbaycan Gimnastika Federasiyasına (AGF)  verilən məlumata görə, çempionat batut üzərində tullanma üzrə Dünya Oyunları …

Ətraflı oxu »

Məşhur cütlük “Jara”ya öpüşləri ilə damğa vurdu (VİDEO)

Məşhur bloqerlər Vlad Sokolovski və sevgilisi Rita Dakota da “Jara” festivalına qatılanlar sırasındadır. Oxu.az xəbər verir ki, festivalın ikinci günündə qırmızı xalıda görünən cütlük hər kəsi təəccübləndirib. Belə ki, onlar kamera qarşısında öpüşməyə başlayıblar. Gecəyə damğa vuran cütlüyün videoları sosial şəbəkələrdə paylaşılıb.

Ətraflı oxu »

MHP-dən növbəti iddia: “Akşener namizəd olacaq, sadəcə…”

“İyi Partiyanın sədri Meral Akşenerin qurultayda namizəd olamayacağını deməklə hədəf yayındırır”. Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddia ilə Milliyyətçi Hərakat Partiyası (MHP) çıxış edib. “Akşener aldığı seçki məğlubiyyəti və FETÖ ittihamları səbəbi ilə sədrliyə namizəd olmayacağını deyir. Ancaq Akşener son anda yenidən partiya sədrliyi üçün namizəd olacaq. Qeyd …

Ətraflı oxu »

Azərbaycan snayperləri beynəlxalq yarışda – Video

“Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçiriləcək “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. İyulun 28-dən avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.

Ətraflı oxu »

“Çelsi”nin “Real”dan Hazard üçün istədiyi məbləğ: dünya rekordu qırılacaq

Kriştiano Ronaldonu “Yuventus”a satan “Real”ın heyətinə qatmaq istədiyi əsas futbolçu Eden Hazarddı. Uzun müddətdi “Kral Klubu” belçikalı ulduzun transferi üçün “Çelsi” ilə danışıqları davam etdirir.  Məlumata görə, “Real” Hazard üçün İngiltərə klubuna 190 milyon avro təklif edib. Futbolçu özü də Madrid klubunda çıxış etmək istəyir. O, bu istəyini dünya çempionatından dönərkən verdiyi …

Ətraflı oxu »

Ermənilər Qarabağda yeni səngər qazırlar – FOTOLAR

Ermənistan ordusu Qarabağdakı mövqelərini möhkəmləndirməkdə davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən cəbhənin Füzuli rayonu istiqamətində yerləşən postlarında yeni mühəndis-kəşfiyyat qurğuları yerləşdirir. Bununla yanaşı, postlara Günəş batareyaları da quraşdırılır.

Ətraflı oxu »

İğdırda bombalı hücum olub

Ağrı dağı ətəyində su kəmərini təmir üçün yollanmış İl Özəl İdarəsinin komandasına terrorçular tərəfindən bomba və silahlı hücum təşkil olunub. Aznews.az “Milliyet”ə istinadən bildirir ki, N.K.-nın sürücüsü olduğu yük maşını və M.P.-nın idarəsindəki evakuator Ağrı dağının ətəyindəki Korhan yaylasına gedib. Komanda yaylada olan zaman terroristlərin yerləşdirdikləri bombanın partladılması ilə evakuatorun …

Ətraflı oxu »

Naxçıvanın ideal təmizliyinin sirri – VİDEO

Naxçıvan Muxtar Respublikasına səfər edən əcnəbi turistləri və Azərbyacanın digər bölgələrinin vətəndaşlarını təəccübləndirən başlıca amillərdən biri də, Muxtar Respublika ərazisindəki şəhər və rayonların küçələrində şahidi olduqları ideal təmizlikdir. Azinforum.az-ın təqdim etdiyi vedeomaterialda siz bu ideal mənzərəyə necə nail olmanın sirrini görəcəksiniz.

Ətraflı oxu »