Çərşənbə , May 22 2019
Ana səhifə / İdman / “Qarabağ” yeni hücumçu transfer etdi

“Qarabağ” yeni hücumçu transfer etdi

“Bursaspor”un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, “Qarabağ” transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız “Bursaspor”un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.
Qeyd edək ki, Dzon Delarqe “Bursaspor”a ötən il Avstriya klubu “Admira”dan keçmişdi.
Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra “Qarabağ”ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.

Həmçinin oxuyun

“ Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

“Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid …