Cümə , Aprel 26 2024
Ana səhifə / Tibb / Pandemiya zamanı virusa qarşı ən güclü immunitet açıqlandı

Pandemiya zamanı virusa qarşı ən güclü immunitet açıqlandı

İnsanda koronavirusa qarşı daha güclü immunitet ya o xəstəliyi təbii üsulla keçirdikdə ya da peyvənd edildikdən sonra üzə çıxır.

Bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və mikrobiologiya Mərkəzinin virusoloqu Aleksandr Butenko danışıb.

O qeyd edib ki, immunitet orqanizmin infeksiyaya qalib gəlməsindən sonra və vaksinləmənin köməyi ilə meydana çıxır.

“İnsanlar immuniteti ya hər hansı bir şəkildə yoluxma nəticəsində əldə edirlər: əlamətsiz, yüngül, orta dərəcədə və ya bir peyvəndin köməyi ilə – mexanizm eynidir”, – deyə virusoloq izah edib.

Butenko qeyd edib ki, peyvəndin testləri vaksinləmədən sonra antitel səviyyəsinin təbii olaraq xəstələnənlərdən daha yüksək olduğunu göstərib. Ancaq mütəxəssis əlavə edib ki, bu yeganə göstərici deyil. (Report)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …