Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Bir balaca ağlınız olsaydı…” – Rəsul Quliyev

“Bir balaca ağlınız olsaydı…” – Rəsul Quliyev

“Azərbaycanın qətiyyətli Prezidenti və müdrik 1-ci Vitse-prezidenti Zəngilan və Qubadlı rayonlarına səfər ediblər. Bu səfər vaxtı Prezident maşını sürə-sürə ətrafındakı dağıdılmış ərazilərin şərhini verir və Qubadlıda çox geniş çıxış edib”.

Bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Prezidentin Azərbaycan dilində ona məxsus leksikonu formalaşıb və bu çox güclü təəssürat yaradır. 

“Digər tərəfdən Prezident viran edilmiş Azərbaycan torpaqlarının necə bərpa ediləcəyini dərindən bilir və insanlarda bu işi görəcəkdir inamı yaradır. 

Fikirimcə Azərbaycanın adminstrativ inzibatı siyasətində dəyişiklik olmalıdır. DQ administrativ regionu yaradılmalıdır. Bu regionun paytaxtı Şuşa, böyük şəhərləri Laçın və Xankəndi olmalıdır. Bu ağır və şərəfli işdə uğurlar”.

R. Quliyev hakimiyyətə qarşı olan loyal mövqeyinə görə onu tənqid edənlərə cavab verib: “Şərhlərə nəzər yetirsəniz yazıya bəzi qeyri normal münasibətə rast gələrsiniz. Sizlərin mənim yazılarıma verdiyiniz qiymət çox ucuz, cılız və ağılsızlıq nümunəsidir. Mənim yazılarımın Azərbaycana qayıtmaq arzumla heç bir əlaqəsi yoxdur. Bir balaca ağlınız olsaydı nə üçün mən Azərbaycana qayıtmağa belə cəhd etməliyəm sualına cavab verərdiniz. Nə üçün. İnsanda beyin düşünmək üçün verilib, cəfəngiyat yazmaq üçün yox”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …