“Grand Hospital”ın “EGE hospital”a çevrilməsinin şok vergi sirri.
Vergilər Nazirliyi son vaxtlar mətbuatın gündəmindən düşməyən məşhur
“Grand Hospital”da yoxlamalara başlamışdı.
Klinikanın bir həftə əvvəl adının dəyişərək “EGE hospital” kimi fəaliyyətinə davam etməsinin bir səbəbi də vergi yoxlaması imiş.
Vergi yoxlamalarını klinikanın mətbuat xidmətinin rəhbəri də təsdiqləmişdi.
Görünür
ki, vergidən yayınma halları aşkarlanıb və bu borclardan yaxa
qurtarmağın yollarından biri də klinikanın adını dəyişmək qərarı olub.
Çünki
adətən praktikada külli miqdarda vergi yükləməsi gəldikdə MMC və ya hər
hansı təşkilat özünü buraxaraq, yeni adda fəaliyyətə başlayır.
Bu
zaman vergi borclarının böyük hissəsindən qurtulmuş olar. Necə ki, bir
vaxtlar “Bakı”, “İnter” kimi futbol klubları analoji addımlar
atmışdılar.
Klinikanın sözçüsü bu ilin ilk ayında belə demişdi:
“Müxtəlif qurumlarda yoxlamaların aparılması tam normaldır. Hər il olduğu kimi, bu il də hesabat verilir.
Vergi
ödəyiciləri bilir ki, yanvar ayında hesabat verilməlidir. Ən kiçik
dükanda belə vergi hesabatları aparılır. Burada qeyri-adi səbəb axtarmaq
lazım deyil”.
“Kommersant.az” xəbər verir ki, klinikanın “EGE” adı ilə fəaliyyətini davam etdirməsi isə türkiyəli rəhbərliyin gəlməsidir.
O
isə gələr-gəlməz onlarla azərbaycanlı həkimi xəbərdarlıq etmədən
işindən uzaqlaşdırıb. Klinikanın rəhbəri Yalçın bəy “EGE”yə öz
həmyerlilərini cəlb edib. Bu da etirazlara səbəb olub.
Məsələn, tanınmış həkim Vaqif Qarayev “Grand Hospital”da həkimlərin kütləvi şəkildə ixtisarına etirazını bildirib.
Məşhur
pediatr özünün feysbuk səhifəsində yerli həkimlərin klinikadan
qovularaq başqa ölkənin həkimləri ilə əvəz edilməsinin heç bir məntiqə
uyğun olmadığını qeyd edib:
“Grand Hospital” rəhbərliyi yerli həkimləri bayıra atıb əvəzində isə Türkiyədən mütəxəssis gətiriblər.
1983-cü
ildə Moskvada bir gənc gürcü əsilli cərrah bütün dünyada sensasiya
doğuracaq əməliyyat etmişdi – 3 yaşlı qızcığazın amputasiya olunmuş
ayaqlarını yerinə tikə bilmişdi!!!
Sonralar
gürcülərin padşahı Qamsaxurdia onu ölkəsinə gətirmişdi. Gürcü həkimi
rusun adına işləməməlidi deyə. Bu klinikada ola bilər düzgün getməyib.
Amma
yerli həkimləri kütləvi olaraq işdən qovub başqa ölkədən həkim gətirmək
normal məntiqə sığmır. 2019-cu ildi…Bizim peşəkar həkimlərimiz var axı!
Özümüz özümüzü niyə aşağılayırıq?!”
Baş
həkim Şahin doktor, onun müavini Ələkbər doktor, reanimasiya
şöbəsininin müdiri Rauf doktor, cərrah Seymur Musayev, uroloq Seymur
Mehdiyev, travmatoloq Sənan Aşurov, LOR həkimi Pərviz Aslanov və Tələt
Şəfiyev işdən azad olunublar.
Ümumlikdə 100-ə yaxın həkimi işsiz qoyaraq onlara gedin özünüzə başqa yerdə iş tapın deyə göstəriş verilib.
İşdən
çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə
vergi yayınmaları mövcüddür. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, vergiyə
görə təcili adı dəyişiblər.
Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.
MTN
şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan
baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.
Tədris
Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu
klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə
hallanırdı.
Lakin
bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand
hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev
olduğu iddia edilir.
Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir.
Q.Quliyev
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır.
Məlumatda bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da
qohumdur.
Yəni, klinikanın əsas himayəçisinin əl dəyişib-dəyişmədiyi bilinmir.
Klinikanın mövqeyini dərc etməyə hazırıq.
Həmçinin oxuyun
Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …