“Şərurlu İsfəndiyar”la bərabər son vaxtlar gündəmdən düşməyən daha
bir tikinti maqnatı “Sipark” tikinti şirkətinin rəhbəri Seymur
İsayevdir. 2019-cu il başlayandan onun adı ən müxtəlif qalmaqallarda
hallanmağa başladı.
“Yeni
Sabah” xatırladır ki, S. İsayevin adı ilk olaraq müğənni Damla ilə
sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin
gündəmi oldu. Bu xəbərin səs-küyü tam sakitləşməmiş şirkət başqa bir
mövzu ilə özünü “gündəmdə saxlamağı bacardı”.
Məlum
olub ki, “Sipark” şirkəti ilə “Baku Art Lab” şirkəti arasında reklam
anlaşması olub. Bu anlaşmaya əsasən “Sipark” şirkətinin Azad Azərbaycan
Televiziyasında reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9
həftə davam edir. Bu barədə məlumatı “Baku Art Lab” şirkətinin rəhbəri
də təsdiq edib.
Onun
sözlərinə görə, razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün
müraciət olunub:”Biz müqavilə üçün müraciət etdik, dəfələrlə “Sipark”
şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman
baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın
keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə
heç nə demirdilər. Sadəcə, mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa
davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik
deyirdilər.
Proses
bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn,
bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim. Bu zaman oranın
əməkdaşları müqavilə yoxdur, reklam xoşumuza gəlmədi dedilər. Biz
birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq”.
Beləliklə şirkət prodakşının pulunu ödəməkdən imtina edib.
Bu
haqda “Sipark” da açıqlama yayıb. Onlar “Baku Art lab” adlı prodakşının
iddialarının əsassız olduğunu bildiriblər. “”Baku Art Lab” adlı
prodakşının qaldırdığı əsassız ittihamlara gəlincə, adıçəkilən şirkət
“Sevgi naminə” adlı serialın çəkilişləri üçün əməkdaşlıqla bağlı
“Sipark”a müraciət edib. “Baku Art Lab” nümayəndəsinə “Sipark”
nümayəndəsi tərəfindən bildirilib ki, əməkdaşlıq yalnız reytinq üzərində
qurula bilər. Belə ki, serial efirlərdə reytinq qazanarsa, rəsmi
əməkdaşlıq müqaviləsi bağlaya bilərik. Bununla belə serialın çəkilişləri
üçün şirkət məkan və avtomobil dəstəyini “Baku Art Lab”dan əsirgəməyib.
Təəssüflər olsun ki, sözügedən serial elə ilk həftədən uğursuz nəticə
göstərdiyinə görə əməkdaşlıq şirkət tərəfindən rəsmiləşməyib. Yəni,
“Baku Art Lab” və “Sipark İnşaat” arasında reklam əməkdaşlığını təsdiq
edəcək heç bir rəsmi müqavilə yoxdur”. (red.: Açıqlamada reklam
vermələri de-fakto etiraf edilir və reytinq məsələsi nədənsə 9 həftə
sonra üzə çıxır)
Və gözlənilən son. Şirkətin telekanalda aparılan 9 həftəlik reklamı üçün bir qəpik ödənilmir…
S.
İsayevin daha bir qalmaqalı isə AMEA-nın əməkdaşlarının ev problemində
hallanmışdı. O zaman şirkətinin adı “Evrostroy-S” idi. Sonradan mənfi
imici yarandığı üçün şirkətin adını dəyişdirərək “Sipark İnşaat” etdi.
Bütün
bunları ona görə xatırladırıq ki, təəssüf ki, bu gün Azərbaycanda sadə
vətəndaşlar üçün problem təkcə məmurlar deyil, həm də bu məmurlara
arxalanaraq qanunlara məhəl qoymayan iş adamlarıdır. Tikinti sahəsində
isə narazılıq dözülməz həddədir.Məhz bunun nəticəsidir ki, bir neçə ay
əvvəl Prezident Administrasiyasına edilən şikayətlərin statistikası
açıqlanmışdı. Bu statistikada tikinti şirkətləri ön yerlərdən birini
tuturdu. Problemləri isə məhkəmə yolu ilə ədalətli həlli mümkün deyil.
Buna “Şərurlu İsfəndiyar”la bağlı qalmaqalda şahid olduq…
YeniSabah.az
P.S. Bu yazıdakılar bir illik dosyenin cuzi hissəsidir. İkinci hissə növbəti yazımızda
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …