Tanınmış vəkil İradə Cavadova “32 Gözəl” stomotoloji klinikasında qanunsuzluqla üzləşib.
Bu
barədə “Yeni Sabah”a Cavadovanın özü məlumat verib. Hüquqşünasın
sözlərinə görə, sözügedən klinika ondan külli miqdarda pul alsa da,
keyfiyyətli iş görməyib.
Bundan
başqa, ödənişlərlə bağlı heç bir qəbz verilməyib. “Bu klinikada yalnız
rentgen müayinəsi üçün ödənilən məbləğə görə qəbz verilir. Diş
qapaqlarının düzəldilməsi və müalicə üçün edilən ödənişlərə görə isə
qəbz almaq mümkün deyil.
Məsələnin
digər tərəfinə gəlincə, məndən külli miqdarda pul alıb, keyfiyyətsiz iş
görüblər. Bu klinikada dişlərimin düzəldilməsi 9 ay çəkib. Səbəbi isə
keyfiyyətsiz görülən iş olub. Dəfələrlə diş qapaqlarını söküb yenidən
düzəltdilər. Lakin nəticəsi olmadı. Təsəvvür edin ki, üzümün quruluşu
belə dəyişmişdi. Mən məcbur olub başqa klinikaya üz tutdum”, – deyə
İradə Cavadova bildirib.
Hüquqşünas
daha sonra əlavə edib ki, klinikanın həkimləri pul qazanmaq naminə
müxtəlif üsullara əl atır: “Mən əslində 6 diş qapağı düzəltdirmək
istəyirdim. Lakin həkim mənə dedi ki, digər diş qapaqları da
sökülməlidir. Çünki artıq yararsız vəziyyətə düşüb. Beləliklə, mənə 6
diş qapağının yerinə 22 diş qapağı düzəltdilər. Özü də hamısını əvvəldən
sökdülər.
Mən
də artıq düzəltdirməyə məcbur idim və düz 12 min 400 manat pul aldılar.
Sonradan mənə aydın oldu ki, həkim pul qazanmaq üçün sağlam diş
qapaqlarımın yararsız olduğunu deyib”.
İradə
Cavadovanın sözlərinə görə, pulunu geri almaq üçün 1 ildir danışıqlar
aparır. “Bu klinikanın arxasında Milli Məclisin deputatı Adil Əliyev
dayanır. Ona da müraciət etdim. Müraciətdən sonra klinikanın direktoru
ilə görüşdüm. Eyni zamanda məktub yazaraq məndən alınan pullarla bağlı
qəbz tələb etdim.
Nəticədə,
pulun 5000 manatını qaytardılar. Yerdə qalan məbləğə gəlincə, həkim
dedi ki, pulun hamısını cibimə qoymamışam, nə bilim faiz verirəm və s.
Özləri də bilirlər ki, keyfiyyətsiz iş görüblər, məcbur olub dişlərimi
ayrı klinikada düzəltdirmişəm, mənə əsəb, gərginlik yaşadıblar”.
Hüquqşünas
məsələ ilə bağlı hələ ki, məhkəməyə müraciət etməyib. “Hələ danışıqlar
gedir. Həkim deyir ki, kimə istəyirsiz şikayət edin. Görünür, arxasında
dayananlara güvənir. Lakin mən bu məsələdə sona qədər gedəcəm”, – deyə
İradə Cavadova vurğulayıb.
Həmçinin oxuyun
Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …