Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda ana uşaqları ilə birgə itkin düşdü – YAXINLARI ONLARI AXTARIR

Azərbaycanda ana uşaqları ilə birgə itkin düşdü – YAXINLARI ONLARI AXTARIR

Qazax rayon  sakini, 1991-ci  il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları,  2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə  avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, N. Qasımovanın  əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu,  gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı. 

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …