Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Şou Biznes / Zemfira Nərimanova: “Niyə rəhbərlikdən xahiş etməliyəm ki, mənə rol versin?” 

Zemfira Nərimanova: “Niyə rəhbərlikdən xahiş etməliyəm ki, mənə rol versin?” 

“Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti Zemfira Nərimanova haqqında yazılanlara aydınlıq gətirib.

Xalq artisti Ölkə.Az-ın əməkdaşıyla söhbətində bildirib ki, səkkiz ildir tamaşa oynamaması barədə yazılanlar həqiqəti əks etdirmir:

“Bunu çox nahaq yazıblar. İsrafil İsrafilov teatra direktor təyin olunanda mənim tamaşalarımı repertuardan çıxartmışdı, guya bəyənmirdi. Amma təbii ki, qisas alırdı. Getməyinə az qalmış “Napoleon” tamaşasını da repertuardan xaric elədi. Ancaq həmin sayt yazır ki, səkkiz ildir tamaşalarda yoxam. Teatra az hallarda gedirəm. Ona görə də məlumatlı deyiləm ki, kim direktorun kabinetinə girib-çıxır. Əgər tamaşam, məşqim yoxdursa, teatrda nə işim var? Rəhbərliklə niyə danışmalıyam? Rəhbər özü bilməlidir ki, kim tamaşada məşğuldur, ya yox. Və o bizi yaşı tanıyır. Rol vermirsə, bəlkə başqa məsələ var, mən bilmirəm. Yəqin hələlik imkan yoxdur da. Mən xalq artistiyəm. Niyə rəhbərliyə xahiş etməliyəm ki, mənə rol versin?

“Körpüdən mənzərə” və “Anlaşılmazlıq” adlı çox gözəl tamaşalarımız vardı. Keşmiş direktorumuz İsrafilov gələndə o tamaşaları da bağladı. Guya ki bəyənmir. Halbuki “Anlaşılmazlıq”ı Şəfiqə Məmmədova, həmçinin teatrdan anlayışı olanlar da bəyənmişdi.

“Napoleon” tamaşasını da mənə vermişdi ki, guya mən susum. Gedəndə həmin tamaşanı bizə demədən bağladı. Azərpaşa Nemətov gələndə soruşdum ki, bu tamaşa niyə oynanılmır? Əmri göstərdi ki, İsrafilovun vaxtında repertuardan çıxarılıb. Hələ özümdə güc hiss edirəm, şükür ki, xəstə deyiləm, başım işləyən başdır, dərs deyə bilirəmsə, tələbələrimə nəsə öyrədə bilirəmsə, onlar tanınırlarsa, niyə kənarda qalmalıyam? Maşallah, artıq bir tələbəm akademiyada iş götürüb, müdafiə etmək istəyir. Mən də onlarla fəxr edirəm”.

Z.Nərimanova qeyd edib ki, teatr direktorlarının dəyişdirilməsi problemi həll etmir:

“Düşünürəm ki, direktorların dəyişdirilməsi problemin həll olunması deyil. “Azdrama”nın aktyorlarının hamısı işlə təmin olunmalıdır. Bu adamlar parlayan, tanınan, öndə gedən aktyorları itirib-batırmaq istəyirlər. İstəyirlər ki, biz sözümüzü deyə bilməyək. Səkkiz ildən artıqdır ki, efirlərə, verilişlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Amma mən gedim orada boş-boşuna nə danışım?”

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …

Bir cavab yazın