Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Zəlimxan Yaqubun həyat yoldaşı: “Böyrək köçürülməyəcək”

Zəlimxan Yaqubun həyat yoldaşı: “Böyrək köçürülməyəcək”

“Zəlimxan müəllimin indi vəziyyəti bir az yaxşılaşıb”.

Bunu AzVision.az – a Xalq şairi Zəlimxan Yaqubun həyat yoldaşı Sahibə Yaqublu deyib. O, Xalq şairinin səhhətinin pisləşməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib:
“Həmişə müalicə olunmaq üçün Almaniyaya gedirdi. Bu dəfə Almaniyaya getməyəcək. Zəlimxan müəllim xəstədir. Ev şəraitində müalicə olunur. Yemək yeyir, danışır. Ona böyrək də köçürülməyəcək. İnşallah tezliklə sağalar və onu görmək istəyənləri sevindirər”.
Xatırladaq ki, Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın