Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / “Yanımdan keçəndə qayıdıb dedi ki, “tfu sənə…” – döyülən şair

“Yanımdan keçəndə qayıdıb dedi ki, “tfu sənə…” – döyülən şair

Yazıçılar Birliyində döyüldüyünü iddia edən şairin ittihamları bitmir; Fəzail İsmayıl: “Onun Anar müəllimə rast gəldiyi günə daş düşəydi”

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 60 yaşlı şair Fəzail İsmayıl, özünün iddiasına görə, üzvü olduğu qurumun binasında ağır fiziki təzyiqə məruz qalıb. Hadisə mart ayının 17-də, saat 16.30 radələrində baş verib. Onun dediyinə görə, AYB-yə həm sədr Anarın bahar bayramını təbrik etməyə, həm də yaxınlaşmaqda olan yubileyi ilə bağlı danışmağa gedibmiş: “Amma Anar müəllimin müşaviri Rauf Aslanov onunla görüşməyimə imkan vermədi. Mən bundan öncə də 7-8 dəfə Anar müəllimin qəbuluna getmişəm. Amma hər dəfə də bu adam məni təhqir edib yollayıb. Bu dəfə də eyni şey baş verdi. Mənimlə söyüş söyərək danışmağa başladı. Heç gözləmirdim. Amma az keçmədən gözləmədiyim vəziyyətdə zərbələrlə vurdu. Başıma, ənsəmə. Yumruqla, kitabla… Gözümdə də korluq əmələ gəldi. Oranın üç qadın və bir nəfər boylu-buxunlu işçisi məni tutdular, otaqdan çıxardılar. Amma ona qədər mən 3-5 dəqiqə boyunca o zərbələri almışdım. Həmin adamlar da dedilər ki, Rauf Aslanov xəstədir, ona fikir vermə. Bilirsiz, bu adam dövlətin biz şair-yazıçılara verdiyi pulu yeyib harınlayanlardandır. Hətta mən ona bu dava zamanı dedim ki, mən hər zaman dövlətin tərəfində dayanmışam. O da qayıtdı ki, “tüpürüm sənin şeirinə də, poemana da. Mən sağ olduqca sən bu dövlətdən təqaüd almayacaqsan. Axırda da dedi ki, bir də bura gəlsən, leşin çıxacaq””.

Ötən gün redaksiyamıza gələn şair son durumla bağlı məlumat verdi. Həkimlərin yazdığı dərman dolu torbaları da yanında gətirən F.İsmayıl durumunun kritik olmasından danışdı. Dedi ki, döyüləndən dərhal sonra polisə və tibbi ekspertizaya müraciət etmək istəsə də, iş günü bitdiyi üçün bunu etməyib: “Daha sonrakı günlər isə bayrama düşürdü. Daha sonra polisə müraciət etdim. O da mənə məhkəmə tibbi ekspertizasına göndəriş verdi. Amma bayram günü idi, təzyiqim də yüksək idi deyə gedə bilmədim. Təcili yardımlar tez-tez gəlirdi, nəzarət edirdi. Təzyiqimi maqnezium vurmaqla aşağı salırdılar. Bir gün sonra pis oldum. Dostum məni nevrocərrahiyyə xəstəxanasına gətirdi. Həkimlərin mənə qarşı pis rəftarını hiss elədim. Yəni, həkim mənim nə vəziyyətdə olduğumu görsə də, mənə “nevrologiya şöbəsinə get, səndə sınıq yoxdur”, dedi. Amma mən ona başımdakı göyərtini, zərbə nəticəsində mənə dəyən travmaları göstərdim. İki dəqiqədən bir yıxılıram. Polis kapitanı məni məhkəmə ekspertizasına apardı. Orda da mənə bildirdilər ki, təzyiqə məruz qalmısız, zədələriniz var. Polis dedi ki, mən səni Rauf Aslanovla üzləşdirəcəm”.
Müsahibimiz dedi ki, polis nümayəndəsi ilə birlikdə mart ayının 27-də Azərbaycan Yazıçılar Birliyinə gediblər: “Ora gedən kimi Rauf Aslanov dedi ki, “bu adam rədd olsun, bayıra çıxsın”. Polis orda akt tərtib etməli idi. Mən otaqdan çıxdım, amma polis orda qaldı. Daha sonra polis otaqdan çıxanda o da mənim yanımdan keçdi və dedi ki, “tfu sənə”. Mən də dedim ki, “o söz sənə aiddir, mənə yox. Amma yaxşı olar ki, sən adama şər atma, özün torpaq alveri ilə məşğulsan, amma mənim haqqımda deyirsən ki, guya Yazıçılar Birliyindən torpaq alıb, satmışam”. Mən bu axırıncı sözü deyəndə bu yenə üstümə şığıdı və mənim atamı söydü. Polis də ona dedi ki, vətəndaş, qanunlara riayət elə”.
Şair bildirdi ki, R.Aslanovun cəzalandırılmasını tələb edir. Onun fikrincə, bu cür adamlar Yazıçılar Birliyi kimi ziyalı qurumdan uzaqlaşdırılmalıdır: “Onun Anar müəllimə rast gəldiyi günə daş düşəydi. Mən bilmirəm, onu ora Anar müəllim gətirib, ya onun orda olmasını Anar müəllimə hökm ediblər. Cahil adamdır. O, sizə açıqlamasında deyir ki, guya mənim yazdıqlarımı üzə çıxaracaq. Mən nə yazmışam? Əli İnsanovdan yazmışam, bəli. Kəndə qədər evimə gəliblər, təzyiq ediblər. Amma mən Heydər Əliyev hakimiyyətə gəlməmişdən qabaq onun haqqını müdafiə edim. İndi də haqqım var ki, istənilən siyasi xadimi tənqid edim. Amma bu, o demək deyil ki, Vətənimi sevmirəm. Haqqında danışdığım kitab da Əli İnsanov nazir olanda çıxıb. Daha bir yalanı da odur ki, guya mən torpaq almışam, satmışam. Birincisi, Anar müəllimin mənə torpaq vermək səlahiyyəti yoxdur. Sadəcə o, bir dəfə Hacıbala Abutalıbova məktub yazıb ki, mənə torpaq versin. Amma orada heç məni yaxın da qoymayıblar, torpaq da verməyiblər. Bir dəfə də torpaq məsələsinə görə Çingiz Abdullayevə müraciət edib. Amma mənə torpaq verilməyib. Zəhmət olmasa, heç kim yalan danışmasın”.
R.Aslanov daha öncə müxbirimizə açıqlamasında bildirib ki, F.Ismayılın sözügedən tarixdə AYB-nin binasında yol verdiyi hərəkət aktlaşdırılıb: “Bayramdan öncə axırıncı iş günü idi və saat 6-ya 10 dəqiqə işləmişdi. Gəlib deyir ki, mən Anarın yanına keçmək istəyirəm. Ona deyiləndə ki, iş günü bitib və bu, mümkün deyil, o zaman artıq-əskik danışmağa başladı. Döyülmək söhbəti isə yalan və şərdir. Orda 5 adam olub, o da aktlaşdırılıb. Məruzə olunub rəhbərliyə. Biz orda adam vuranıq? Adamdır da, çox şey deyə bilər. Mən ondan şikayətçi olmadım.O rəhbərliyi təhqir elədi, içi biz qarışıq. Biz də ona bildirdik ki, belə şey etmək olmaz”.

musavat.com

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın