Bazar , Avqust 25 2019
Ana səhifə / Şou Biznes / “Xocalı faciəsi atamı və qardaşımı aldı, anam isə…”

“Xocalı faciəsi atamı və qardaşımı aldı, anam isə…”

“Fevralın 25-dən 26-na keçən gecə düşmən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə hücuma keçdi. Qardaşım və atam Xocalının özünümüdafiə dəstəsində şəhəri qoruyurdu. Amma düşmən yaxşı silahlanmışdı və zirehli texnikası vardı. Onlar atamla qardaşımı tutub işgəncələrlə şəhid etdilər. Anamı əsir götürdülər. 25 gün əsir saxladılar, dözülməz əzablar verdilər”.

Bu sözləri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Xocalı sakini Solmaz Həsənalıyeva deyib.

Solmaz Həsənalıyeva vurğulayıb ki, atası və qardaşı döyüşdə şəhid olub:

“Xocalı faciəsi məndən atamı və qardaşımı aldı. faciə zamanı qardaşı və atası Xocalının özünümüdafiə dəstəsində düşmənlə mübarizə aparıb. Döyüşdə hər ikisi şəhid olub, anası isə əsir düşüb. Neçə-neçə ailələr tamamilə məhv oldu. Mən istəyirəm ki, bütün dünya bu ədalətsizliyə biganə qalmasın. Düşmən lazımi cavabını alsın və bizim başımıza gətirilən faciələrə hüquqi qiymət verilsin”. (AzərTac)

Həmçinin oxuyun

Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine …

Bir cavab yazın