Bazar , Oktyabr 25 2020
Ana səhifə / Şou Biznes / Xalq artistinin oğlunun əmlakına həbs qoyuldu

Xalq artistinin oğlunun əmlakına həbs qoyuldu

Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlunun əmlakına məhkəmə həbs qoyub.

M.Bağırzadənən müğənni kimi fəaliyyət göstərən oğlu Rahim Bağırzadə barəsində aparılan məhkəmə prosesi nəticəsində belə bir qərar verilib.

Artıq M.Bağırzadənin adına olan və etibarnamə ilə satdığı “Kia” markalı avtomobil yol polisləri tərəfindən saxlanılaraq dayanacağa aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək R.Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. M.Abdullayev R.Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini bildirib.

R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib. (Lent.az)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın