Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Bəhram Bağırzadə efirdə ağladı – VİDEO

Bəhram Bağırzadə efirdə ağladı – VİDEO

ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan əməkdar artist Bəhram Bağırzadə maraqlı açıqlamalar verib:

“O səhnəni Anar düşünmüşdü. Ümumi fikir olsa da, Anarın həyatı idi. Onun fikirlərini mən səsləndirirdim. Orada təkcə “Ay Allah, sənə qurban olum”u özümdən əlavə etmişdim. Düşündüm ki, sonuncu aktyoram o “tekst”i deyirəm. Məndən sonra KVN bağlanır. Artıq Moskvada heç vaxt çıxış etməyəcəyik.

Bildirmək istəyirdim ki, mən müsəlmanam. Orada rus dilində danışırdım. Amma öz ana dilimdə də sözlərdən istifadə etdim. Nə qədər rusdilli olsam da, öz dilimizdə düşünürəm. Allah atama rəhmət eləsin, anama can sağlığı versin. Oturub orada baxırdılar. Bəlkə də sevinirdilər ki, onların zəhmətini yerə vurmadım. Mən də istərəm ki, gələcəkdə mən də o hisləri keçirim. Oğlum o hislərimi qaytara bilsin”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın