Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Xətai rayonu icra başçısının vədlərinin qurbanları: “Bizi unudublar…” – VİDEO

Xətai rayonu icra başçısının vədlərinin qurbanları: “Bizi unudublar…” – VİDEO

Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanında məskunlaşan məcburi köçkünlər illərdir ki, taxta komlarada yaşayırlar. Acınacaqlı durumda yaşayan Ağdam, Füzuli, Kəlbəcər, Şuşa, Laçın rayonundan olan məcburi köçkünlər yeni mənzillə təmin olunacaqları günü gözləyirlər.
Lakin özlərinin dediyi kimi, Xətai Rayon İcra Hakimiyyəti dəfələrlə onlara köçürüləcəkləri ilə bağlı söz versə də, heç bir nəticə olmayıb. 20 ildən çoxdur ki, “köçəcəksiniz” sözünün ümidi ilə yaşayırlar. Musavat.com-un müxbiri adıçəkilən ünvana baş çəkərək məcburi köçkünlərin problemlərini işıqlandırıb.
Taxta komalarda ömrü çürüyən məcburi köçkünlərin həyata baxışları fərqlidir. Kimisi yaşadıqları yeri cəhənnəm, kimisi isə həbsxanaya bənzədir. Özləri üçün təhlükə yaradan taxta və kartondan düzəltdikləri “ölüm komalar”ı onların həm də, son mənzili ola bilər. Alçaq, örtüksüz komalar burada həyat şəraitinin acınacaqlı olduğundan xəbər verir. Kiçik bir qığılcım belə, bu taxta şəhərciyin alışmasına səbəb ola bilər.
Bəlkə də ucqar kəndlərdə belə, bu mənzərəyə rast gəlmək olmaz. Lakin bu mənzərəni şəhərin mərkəzindən çox da kənarda olmayan Xətai rayonundakı Cavanşir küçəsində görmək mümkündür.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Salmanov,
Fotolar və video müəllifindir.



























Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın