Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Şou Biznes / Vüsalə Mahirqızı:“Anam qızıl sepini satıb məni Bakıya gətirdi” – VİDEO

Vüsalə Mahirqızı:“Anam qızıl sepini satıb məni Bakıya gətirdi” – VİDEO

“Anam bu sahədə olmağıma hər zaman qarşı olub”

ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan əməkdər jurnalist və APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı maraqlı açıqlamalar verib.

O, ilk olaraq ziyalı ailədə doğulub boya-başa çatmasından söz açıb:

“Müəllim ailəsində olmuşam. Məni çıxmaq şərti ilə, hər biri dəqiq elmlə məşğul olub. 1 qardaş və 3 bacım var. Sonradan rayondan Bakıya köçdük. Təhsil aldım. BDU-nun filologiya fakültəsinə daxil oldum. Amma balım jurnalistikaya da, hüquq fakültəsinə də düşürdü. Həmin ili ən çox bal toplayanlardan biri idim. Anamın istəyini yerə salmadım. Sonra birinci kursdan isə onlardan xəbərsiz media ilə əlaqələr qurmağa başladım. “Bu gün” qəzetində çalışırdım. Böyük bir insident olmuşdu və qəzet onu manşetdən vermişdi. Mənimlə bağlı idi. Bilirdilər prinsiplərimi. Amma ailəm daha sonra bildi ki, jurnalistikaya keçmişəm. Atam mənə hər zaman çox böyük dəstək olub. Anam bu sahədə olmağıma onda da qarşı idi, indi də qarşıdır”.

Daha sonra ailəsinin çəkdiyi çətinliklərindən danışan əməkdar jurnalist, valideyinlərinə minnətdar olduğunu dilə gətirib:

“Valideyin sonuncu qəpiyini belə övladlarının təhsilinə xərcləyir. Çox çətinlik çəkdim. Anamın yeganə yadigarı, qızıl sepini satıb məni Bakıya gətirdi. Son qəpiyini də mənim təhsilim üçün xərcləyib, gələcəyə kapital qoydu. İnamını doğrultdum. Həmin vaxt uğursuz olmağa vaxt yox idi”.

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın